Gündəm

"Cahan" Holdingdə MAAŞ BÖHRANI - NƏ BAŞ VERİR?

“Cahan Holdnq”də təmizlik işlərininə baxan 20 nəfər əməkdaş iki aydır maaş ala bilmədiklərini deyir. Onların sözlərinə görə, rəhbərlik bunu holdinqdəki bəzi sektorların bağlanması və gəlirin azalması ilə əlaqələndirir.

MUMtv.az: - Təhlükəsizlik səbəbindən adlarının açıqlanmasını istəməyən şikayətçilərin „Gündəlik Naxçıvan“a bildirdiyinə görə, holdinq bundan əlavə onların əmək hüququnu da pozur:

“Bizim bağlanan şirkətlərlə heç bir əlaqəmiz yoxdur. Maaşımızı tələb edirik. Qanunda nəzərdə tutulmayan hər işə göndərirlər, maaşımızı isə vermirlər. Biz „Cahan Gənclər Şəhərciyi”nin bütün işlərinə baxırıq. Təmizlik, bağban işləri, kommunal xərclərin, kirayələrin yığılması, digər abadlıq işləri. Hər gün işə gəlirik, kölə kimi işlədirlər. Ancaq, müxtəlif bəhanələrlə maaşımızı vermirlər.”

Onlar deyir ki, problemlə bağlı rəhbərliyə bir neçə dəfə şikayət ediblər, lakin onları işdən çıxarılmaqla hədələyiblər:

“Nə edəcəyimizi bilmirik. Hər gün ümidli oluruq ki, bəlkə sabah maaşlarımızı verərlər. Şikayət də etmişik, baxan yoxdur. Bircə gün belə işdən qalmağa imkan vermirlər. Səhərdən axşama kimi qul kimi işlədirlər. Bizi ələ salırlar. Başqa iş də tapa bilmirik ki, gedib işləyək. Ailənin, uşağın üzünə baxa bilmirik. Aidiyyati qurumlardan problemin həlli üçün kömək etmələrini xahiş edirik”.

Məsələ ilə bağlı „Cahan Holdinq“dən münasibət almaq mümkün olmadı. Qarşı tərəf kimi onların da mövqeyini işıqlandırmağa hazırıq.


Son xəbərlər

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir

Sərhədçilərin Ermənistan və Azərbaycan sərhədinə yerləşdiriləcəkləri vaxt bəlli oldu

Bütün xəbərlər