Gündəm

“Mənə dedi ki, 54 nəfər qazi intihar edib, guya sən ölsən dünya boş qalacaqmı?!”  - VİDEO

MUMtv.az: - Göyçay rayon sakini, Vətən müharibəsi qazisi Axundov Araz Azər oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Müharibə iştirakçısının saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciətini olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Mən, Göyçay rayon sakini Axundov Araz Azər oğlu, Vətən müharibəsi qazisiyəm. 21 sentyabr 2020-ci il tarixdə hərbi xidmətə getmişəm. Suqovuşan, Tülküdərəsi və Ağdam istiqamətində gedən döyüşlərdə olduqca fəal iştirak etmişəm. Döyüş gedən vaxtı Tülküdərəsində ağır yaralanaraq təcili hospitala yerləşdirilmişəm.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müalicə olunduqdan sonra yenidən müharibə bölgəsinə qayıtmışam. Məhz ona görə də komandirlərim tərəfindən xidməti-xasiyyətnamə ilə təltif olunmuşam. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medallarla təltif edilmişəm.

Bildirmək istəyirəm ki, hərbi xidmətdən təxris olunduğum vaxtdan müalicələrə bağlı yaşayıram. Elə ona görə də köməklik göstərilməsi üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdim. Onun tapşırığına əsasən, mənə bir neçə dəfə müəyyən məbləğlərdə maddi yardım olundu. Daha sonra Göyçay Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Hikmət Süleymanovun yanına getdim. Ona "Mən pul istəməyə gəlməmişəm. Sadəcə səndən xahişim budur ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədova deyin ki, mənim çatışmayan dərmanlarımı dövlət hesabına təmin etsin", - dedim. O isə "Yaşar kimdir ki, mən ona ağız açım? Get Yaşarın kabinetinin qarşısında intihar elə, bəlkə sənə köməklik göstərdi. Belə də ki, 54 nəfər qazi intihar edib, guya sən ölsən dünya boş qalacaqmı?" - dedi. Onun bu cür münasibətinə öz iradımı bildirdiyim zaman o, məni təhdid etməyə başladı. "Məni əsəbləşdirmə! Sən kimsən axı? İstəyirsənsə, gedək Bəndin başında təkbətək söhbətimizi həll edək" - deyərək qışqır-bağır saldı.

Ola bilər ki, bu yazılı və video müraciətimdən sonra Hikmət Süleymanov həqiqəti boynundan atamağa çalışacaq. Ancaq mənim dəfələrlə rayon icra hakimiyyətinə getməyim, həmçinin müşahidə kameralarında səs yazısı ilə birlikdə hər şey mövcuddur. Harada görünüb ki, dövlət məmuru vətəndaşı, özü də qazini Bəndin başında təkbətək söhbətə (razborkaya) çağırsın?! Mən müharibəyə getməmişdən öncə tamamilə sağlam idim. Mən təxris olunandan bir müddət sonra atam da vəfat etdi.

Vətəni müdafiə etmək borcumdur. Hikmət Süleymanov kimi vəzifəli şəxslərin də borcu odur ki, xalqına layiqli xidmət etsin. Çünki, "Xalqın bir nömrəli xidmətçisi mənəm" - deyən Prezident bütün məmurlara tapşırıq verir ki, "Gedin xalqa xidmət edin, hörmət edin, milləti incitməyin!". Hikmət Süleymanov kimi məmurlar isə ölkə başçısının dediklərinin tam əksinə gedərək, vətəndaşlarda dövlətə qarşı nifrət yaratmağa çalışır. Bu adam nə qanunlara riayət edir, nə də dövlətdən qorxur. O, hətta ölkə başçısı və Birinci vitse-prezident haqqında belə danışmaqdan çəkinmir. Deyirəm ki, "Prezident Administrasiyasının qarşısına gedəcəm, Mehriban xanımın qəbuluna girəcəm". Deyir ki, "Sən bu dövlətə torpaqlar alınana qədər lazım idin. Mehriban xanım sənə köməklik göstərsəydi, əlillik dərəcəsi almağına yardım edərdi".

Cənab Prezident!

Sizdən Vətən müharibəsi qazisi və Azərbaycan Respublikasının vətəndaşı olaraq çox xahiş edirəm, özbaşınalıqlar edən Hikmət Süleymanov barəsində ciddi tədbir görülməsi və müalicələrimin təşkil edilməsi üçün tapşırıq verəsiniz. Sizə çox minnətdarlığımı bildirirəm”.





Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər