Gündəm

Balababanın oyunları və odunları... - Acı Azərbaycan REALLIĞI...

Söndür işığın,kəs qazın,dözmək bizə addır,
Vur başına qapaz,çək dara,bezmək bizə yaddır.
Ləzzət eləyər min acı söz,gör necə daddır,
Heç incimərik,lap dadı ağzında qalan var.
Min fitnə-fəsad,min cürə fel,dildə yalan var,
Çox dalda qalıbsan,hələ yat,layla çalan var.

MUMtv.az: - Meyxanaya qulaq asa-asa ofisdə qurdalanırdım. Əslində iş çox idi. Amma son günlər işıqlar daim oynadığından kompyuterimə nəsə olmuşdu. Yazı yazdığım yerdə ürəyi gedirdi. İlin-günün bu vaxtı yenə bir ətək pul töküb düzəltdirməli idim.

Norveçdə, yaxud başqa Avropa dövlətində belə şey olsa çoxdan elektrik verən şirkəti məhkəməyə verib canını almışdı jurnalist. Bizdə isə yox, bunu təsəvvür etmək mümkün deyil. Əksinə jurnalistin canını alırlar. Uzaqbaşı deyərlər ki, gərginlik artıb-azalırsa tənzimləyici cihaz qoymalı idin. Yəni özünü səhv çıxararlar.

Kiminsə fərqində deyil ki, illərlə ölkədəki elektrik şəbəkəsinə ayrılan milyardlar sanki dibsiz quyaya gedir. Sənədlərdə hər şey təzələnir, hər şey dəyişdirilir, real olaraq pul silinir və kiminsə cibinə gedir.

Allah Hüseyin Arabulun atasına rəhmət. Heç olmasa hörümçək toruna bənzər elektrik xətlərini və enerjini abıra salmışdı.

Nə isə, bu qanqaraldıcı fikirlərlə ofisdən çıxacaqdım ki, zəng gəldi. Nömrəni tanımadım. Açdım

-Alo, Baba müəllimin bağındandı. Bu gün gəlib qalan 3 maşın odunu doğrayın. Hər birinin 30 sm-dən.

Balababanın oyunları və odunları... - Acı Azərbaycan REALLIĞI...


Düzü maraq gəldi. Görən kimin bağıdı, Bakıda odun nəyə lazımdı. Fikirləşdim bəlkə gedim. Həm ayırd edərəm kimin bağıdı, həm də odun doğramaq nədir ki, kənd uşağı üçün, pul qazanaram.

Ünvanı soruşub yazdım və işçilərimizdən biri ilə odunçu kimi bağa yollandıq.

Balababanın oyunları və odunları... - Acı Azərbaycan REALLIĞI...


Bakı ətrafındakı ən bahalı qəsəbələrin birində, ən dəbdəbəli villanın qarşısında idik. Küçədə olan yerli sakinlərdən öyrəndik ki, villa Baba Rzayevin imiş. Əsil adı Balababa olan “Azərişıq”ın rəisi. O kəs ki, komyuterimin “rəhmətə getməsinə” görə birbaşa məsuliyyət daşıyırdı.

Qapını döyüb içəri keçdik. Gözümüz böyüdü. Adi dövlət məmurunun bağına yox hansısa milyarderin bağ evini xatırladırdı. Möhtəşəm sütunlu villalar, bahalı ağaclar, bağ-bağat- işıq sisteminə dövlətin ayırdığı maliyyə burda xortlamışdı.

Ancaq bu cah-cəlalda odun nəyə lazım idi, axı harada işıq olmasa da Balababanın belə problemi olmamalı idi.

Nəhayət odun yığılan yerə çatdıq. Sən demə Balababa müəllimin kamini varmış. Soyuq havada kaminin qarşısında təbii odunun istisində xumarlanmaq onun sevimli peşəsi imiş. Gəldik əsas məsələyə- odun doğramaq haqqına. Məlum oldu ki, odunu hansısa idarənin fəhlələrinə pulsuz doğratdırırlar. Bəlkə də dövlət hesabına. Pul vermək fikirləri yox idi. Bizim isə nömrəni səhvən yığmışdılar.

Balababaya pulsuz odun doğramaq fikrimiz olmadığından bağı tərk etdik.

Əlavə qeyd edək ki, son zamanlar əhali sayğaclarda işıq

Maşına oturub yenə meyxananı qoşdum ..

Aslanları ac,tülkülərin tox gəzəcəkdir,
Min hiylə ilə gör nə qədər baş əzəcəkdir.
Vardırsa hünər,kim dinə,boynun üzəcəkdir,
Çox dadi-bidad eyləməyin,bərkə salan var.
Min fitnə-fəsad,min cürə fel,dildə yalan var,
Çox dalda qalıbsan,hələ yat,layla çalan var.

Şərm eyləməsə gəc baxıb ətrafa xəbislər,
Sultani-tiran olmağa cəhd etsə hərislər,
Yoxdursa əgər niyyəti saf,qəlbi təmizlər,
Bundan da betər cövri-cəfa,ahu-nalan var
Min fitnə-fəsad,min cürə fel,dildə yalan var,
Çox dalda qalıbsan,hələ yat,layla çalan var.



Deryaz.az»


Son xəbərlər

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir

Sərhədçilərin Ermənistan və Azərbaycan sərhədinə yerləşdiriləcəkləri vaxt bəlli oldu

Bu, dizlərinizi sağlam saxlayır

Bu gün demarkasiya-delimitasiya protokolu imzalana bilər

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olundu

Bütün xəbərlər