Gündəm

İNDİ  BİZ  NƏ  EDƏK? - Redaksiyaya məktub

MUMtv.az: - -Hörmətli redaksiya! Mən bu məktubu sizə böyük ürək ağrısı ilə yazıram. Çünki yaşımın elə vaxtıdır ki, şikayət etməyi özümə sığışdırmıram. Amma dözə bilmirəm, ürəyim ağrıyır. Rüşvətxorluq, korrupsiya ölkəni ağzına alıb gedir. Cənab Prezident kimi tərpədirsə, kimi işdən çıxarırsa altındam milyonlar, milyardlar çıxır. Onlar bu millətin, bu xalqın düşmənidir, nədir? İnanıb, etibar edib vəzifəyə qoyurlar ac qurd kimi ölkənin varın- dövlətin çapıb- talayırlar. Neqativ hallar ölkəni bürüyüb. Elə bil Azərbaycan yadellilər tərəfindən yağmalanıb. Neqativ hallar ölkləni bürüyüb. Elə bil hansısa yad bir yerdə yaşayırıq. Doğulub boya- başa çatdığımız ölkədə özümüzü ögey, yad hiss edirik. Niyə? Nədi, nə olub? Bu insanlara niyə belə yabançı münasibət bəsləyirlər? Biz həmişə, hər zaman Ulu öndər Heydər Əliyevin, onun varisi cənab Prezidentimiz İlham Əliyevin yanında olmuşuq. Onların siyasi kursunu dəstəkləmişik. İndi nə olu, nə baş verib ki? Belə çıxir ki, biz indi daha bunlara lazım deyilik?!

Hörmətli redaksiya! Biz “ MUMtv.az” saytı olaraq sizə çox inanırıq. Fikir veririk, siz həmişə, hər zaman xalqın, aşağı zümrəli insanların yanında olur, onların dərdlərinə qulaq asır, şikayətlərini dinləyir, problemlərini həll etməyə çalışırsınız. Çox sağ olun, buna görə sizə çox dərin təşəkkür edirik. İndi də ölkə əhalisinin 90 faizinin hər gün geniş istifadə etdiyi avtobusların və metronun gediş haqqını 10 qəpik artırdılar. Heç başa düşürlər bu nə deməkdir?! Bir gündə bir yerə bir dəfə gedib gəlmək üçün ən azı 2-4 manat pul lazımdır.Orta hesabla ayda 40 – 60 manat! Bu, aşağı təbəqəli qara camaat üçün fantastik bir qiymətdir. Olduqca bahadır. Hələ qazın, işığın, suyun pulunu demirəm. Bunlar nə düşünürlər? Nə etmək istəyirlər? Bu insanların axırına çıxmaqmı istəyirlər? Cənab Prezidentə əlimiz çatmır, səsimiz yetmir. Məmurlar da bizi qırır, ölkəni dağıdırlar. 5 manat artırıb, əvəzinə 25 manat alırlar. Hörmətli redaksiya! Xahiş edirəm, mənim bu məktubumu saytınızda verəsiniz. Bəlkə onda səsimizi eşidər, bizə bir gün ağlayarlar.

Hörmətlə: Əlisəftər İmamyarov.
Sabunçu qəsəbə sakini


Son xəbərlər

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Bütün xəbərlər