Gündəm

Bazara girişi bağlayan sığorta lobbisi
MUMtv.az: - Sığorta bazarı risklərin bölüşdürülməsini həyata keçirən əsas sosial müdafiə mexanizmidir.

Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində sığortanın ÜDM-də payı kifayət qədər yüksəkdir. Azərbaycanda isə bu sahədə hələ ki, ciddi irəliləyiş nəzərə çarpmır.

Səbəbinə gəldikdə isə sığorta şirkətləri bunu əhalinin bu sahədə məlumatının az olması ilə izah edirlər. Əhali isə əksinə, səbəb kimi sığorta şirkətlərinə inamının olmamasını göstərir.

Qeyd edək ki, Azərbaycanda sığorta şirkətləri əsasən ödənişi gecikdirmələri və yaxud ümumiyyətlə, verməmələri iddiaları ilə məhkəməyə verilir. Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda ən çox məhkəməyə verilən sığorta şirkəti Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") olub. 2021-ci ildə bu şirkətə qarşı 167 məhkəmə iddiası qaldırılıb.

Məhkəmə iddialarının sayına görə, 2-ci yerdə "Azsığorta" ASC, 3-cü yerdə isə "Atəşgah Sığorta" ASC qərarlaşıb.

Bu gün ölkədə sığorta bazarı niyə inkişaf etmir, bu, sığorta sisteminin düzgün qurulmamasındanmı irəli gəlir, yoxsa digər səbəb var?

Əcnəbi sıgorta sirkətlərinin bazara buraxılması vəziyyəti dəyişə bilərmi?

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, sığorta bazarının əsas problemi 2016-cı ilin martından sığorta bazarına nəzarəti Maliyyə Nazirliyindən alınmasından qaynaqlanır:

"Həmin nazirlik bu işin öhdəsindən əla olmasa da, məqbul gəlirdi. Hər halda Mərkəzi Bankın banklara etdyi nəzarətdən daha yaxşı idi. Sonra bu nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçdi. Palata da sığorta bazarı ilə heç məşğul olmadı və bütün diqqəti bank sektoruna yönəltdi, nəticədə isə sığorta bazarında vəziyyət kəskin pisləşdi. 2019-cu ilin sonunda Palata ləğv olundu və nəzarət səlahiyyətləri, həm bank, sığorta və həm də qiymətli kağızlar sektorunun Mərkəzi Banka verildi. Deyilənlərə görə, Mərkəzi Bank sığorta sektorunun vəziyyətinin yaxşılaşdırılması ilə bağlı nəsə hazırlayır, ancaq ortada hələ ki, heç nə yoxdur.

İl yarımdır bu səlahiyyət ona verilib, ancaq Mərkəzi Bankın başı əsasən bank sektoruna qarışıb. Maliyyə bazarının istənilən sektoru- bank, sığorta, qiymətli kağızlar- əgər normal nəzarət yoxdursa, vəziyyət pis olacaq. Vətəndaşların bu gün sığorta şirkətlərindən şikayət etməsinin səbəbi odur ki, onlar öz öhdəliklərini yerinə yetirmir, yayınırlar. Onların üzərində nəzarət zəifdir”.

İqtisadçının fikrincə, ikinci problem artıq qlobal məsələdir:

"Belə ki, Azərbaycanda ancaq bir sığorta modelindən istifadə edilir, bu da kommersiya sığortasıdır. Təəssüf ki, ölkədə koperativ sığorta modelindən (Buna müştərək sığorta sistemi də deyilir) istifadə edilmir. Bunun fərqi nədən ibarətdir? Məsələn, 200 manat verib avtomobilinizi sığorta etdirirsiniz. Tutaq ki, orada yazılıb ki, avtomobilinizə 10 min manat dəyərində ziyan dəysə, sığorta şirkəti ödəyəcək və müqavilə müddəti də bir ildir. Bir il keçdi, sizin avtomobilin başına heç bir iş gəlmədi. Həmin 200 manat batdı, bu məbləğ sığorta şirkətinin sahibinin cibinə keçdi. Ancaq koperativ sığortada bu model başqadır. Onun mahiyyəti ondan ibarətdir ki, avtomobillərini sığortalatdıran şəxslər 200 manat ödədilər, həmin manatın bir hissəsini sığorta şirkəti götürür, qalan pul isə sığorta olunanların puludur.

Əgər bir il ərzində sığorta hadisəsi olmasa, yaxud az olsa, o pul sığorta olunanlara qaytarılır. Yəni sığorta şirkətinin marağı olmur ki, sığorta hadisələri baş verəndə ödənişi həyata keçirməkdən imtina etsin. Bu gün avtomobilini kimsə vurdu, gəlib sığorta şirkətinə desə ki, ödə, şirkət min bəhanə ilə vermir. Çünki verməsə, o pul onun cibinə girəcək. Ancaq koperativ sığortada bu yoxdur, onsuz da sığorta şirkətinə çatacaq pul sabitdir. Pul sığorta olunanlara qayıdacaq, buna görə də öhdəliyin icrasından yayınmır. Bütün sivil dünyada həm kommersiya, həm də koperativ model var, ancaq bizdə yoxdur. Çünki sığorta lobbisi buna imkan vermir. Bu kimi qlobal problemlərə görə, bizdə sığorta şirkətləri düz işləmirlər”.

Ölkəmizdə əcnəbi sığorta şirkətlərinin fəaliyyətinə gəldikdə isə iqtisadçı deyir ki, onlarla bağlı icazə var, ancaq onlar gəlmir:

"Onlar vəziyyəti dəyişə bilərlər. Xaricdə tanınan aparıcı şirkətlər adlarını qoruyur, bizim sığorta şirkətlərinin çoxu kimi öhdəliklərinin icrasından yayınmırlar. Ancaq xarici sığorta şirkətləri üçün Azərbaycan bazarı o qədər cəlbedici deyil. Bizdə gəlirlilik də əvvəlki kimi deyil. Digər tərəfdən, pandemiya ilə bağlı xarici beynəlxalq şirkətlər hansısa bazarlara girmirlər”.

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər