Gündəm

Dünyanın gözü Moskvadakı kritik zirvədə...-  Ard-arda flaş bəyanatlar

Kütləvi İnformasiya Vasitələrinin verdiyi məlumata görə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Çin prezidenti Si Cinpin ilk dəfə Rusiyaya səfər edib. Dünya Çin liderinin Moskvaya səfərini diqqətlə izləyir.

MUMtv.az” “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, AP “Putin üçün Cinpinin Kremldə olması prestijli bir səfər və diplomatik qələbədir” şərhini versə də, ilk bəyanat Çindən gəldi. Sinin mesajından qısa müddət sonra isə Ukrayna cəbhəsi sükutu pozdu.Ukraynada müharibə tam sürətlə davam edərkən dünyanın gözü Moskvadadır.

Müharibə başlayandan sonra ilk dəfə Rusiyaya səfər edən Çin prezidenti Si Cinpin Moskvaya eniş edib.

3 günlük səfərin Beynəlxalq Cinayət Məhkəməsinin Putini axtarışda olan şəxs elan etməsindən sonra baş tutması diqqətdən qaçmayıb.
Si Cinpini qırmızı xalıda iki ölkənin himnlərini səsləndirən hərbi orkestr və baş nazirin müavini Dmitri Çernışenko qarşılayıb.

Rusiya Xəbər agentliklərinin məlumatına görə, Çin lideri buradakı bəyanatında ikitərəfli münasibətlərin sürət qazanacağına ümid etdiyini vurğulayıb.
“Mən əminəm ki, səfər səmərəli olacaq və Çin-Rusiya münasibətlərinin sağlam və sabit inkişafına yeni təkan verəcək”, - deyə Si Cinpin bildirib.
Si Cinpin həmçinin Rusiya və Çini “yaxşı qonşular” və “etibarlı tərəfdaşlar” adlandırıb.

Beynəlxalq xəbər agentliyi AP “Putin üçün Sinin Kremldə olması prestijli səfər və diplomatik qələbədir” şərhini yazıb.

BBC-nin Çin müxbiri Stiven Makdonelin sözlərinə görə, Çin liderinin rusiyalı həmkarına verə biləcəyi 3 fərqli siqnal var;

-İndi vəziyyəti xilas edəcək bəzi kompromislərlə geri çəkilməyi düşünmək.

-Davam etmək üçün yaşıl işıq və daha da çətin işğal.

-Ya da bunların heç biri.

Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Pekində keçirdiyi gündəlik brifinqdə deyib ki, Sinin Moskvaya səfəri “dostluq, əməkdaşlıq və sülh səyahətidir”.

MUMtv.az
Aytəkin Talıbqızı


Son xəbərlər

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində

Prezident və xanımı Şuşada

YAP parlament seçkilərinə hazırlaşır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

"Dollar və avro lazımsız valyutalardır" - Lukaşenko

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Paşinyanın istefası tələbi niyə cavabsız qalıb?

Paytaxtın iki rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

"Meliorasiya və Su Təsərrüfatı"nın 2 idarəsi birləşir

Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO

Məhkəmə onlarla bağlı qərar VERDİ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Bütün xəbərlər