Gündəm

Çin lideri Moskvaya gedəcək

Hazırda Moskvada olan yüksək səviyyəli diplomat Vanq Yi iki ölkə arasında əlaqələrin möhkəm olduğunu bildirib.

MUMtv.az” “Aljazeera”ya istinadən xəbər verir ki, Çin lideri Si Cinpin yaxın aylarda Rusiya prezidenti Vladimir Putinlə sammit üçün Moskvaya səfər etməyə hazırlaşır.

Xi-nin səfərinin apreldə və ya mayın əvvəlində Rusiyanın İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəsini qeyd etdiyi zaman baş tuta biləcəyini deyib.

Çinin baş diplomatı Vanq Yi hazırda Moskvadadır və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu gün görüşü gözlənilir.

Avropaya səfəri zamanı Vanq Ukraynada ötən il fevralın 24-də Rusiya qoşunlarının ölkəni işğal etməsi ilə başlayan müharibəyə son qoymaq üçün danışıqlar yolu ilə nizamlanma çağırışlarını gücləndirib. Pekin Rusiyanın hərəkətlərini pisləməyib və ya Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Lakin, o, “təmkinli” olmağa çağırıb və mübahisələrin “dinc yolla” həll edilməli olduğunu vurğulayıb.

Vanq dünən Moskvada Rusiyanın qüdrətli Təhlükəsizlik Şurasının katibi və Putinin yaxın adamı Nikolay Patruşevlə görüşdə iki ölkənin yaxın əlaqələrini bir daha vurğulayıb.
Patruşev isə Vanqa bildirib ki, Pekin Rusiyanın xarici siyasətində əsas prioritetdir və iki ölkə bir yerdə olmalıdır.
O, demişdir: “Rusiyanı və Çini cilovlamaq üçün kollektiv Qərb tərəfindən aparılan kampaniya kontekstində beynəlxalq arenada Rusiya-Çin əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin daha da dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir”.

MUMtv.az
Nizami Təhməzov


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər