Gündəm

Rusif Kərimov – “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin “Yaponçiki”

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə monitorinqlər keçirilib.

Keçirilən monitorinq nəticələri sözügedən regionda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara məruz qaldığını üzə çıxarıb. Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib.

Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb.
Beləliklə, Quba-Xaçmaz zonasında çaylardakı bu intensiv istismar fəaliyyəti regionda su ehtiyatlarının tükənməsinə, yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bir sözlə, burada qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan vurmuşdur.

Belə birgə monitorinqin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan Viləşçay Su Anbarı İstismarı İdarəsinin xidmət zonasında da keçirilməsi lazımdır. Uzun müddət İdarədə hidrotexnik, mühəndis, baş mühəndis işləyən Kərimov Rusif Şakir oğlu idarəyə rəis vəzifəsinə təyin olunandan sonra qol qoyduğu qanunsuzluqlar barədə təşviş doğuran xəbərlər yayılmaqdadır.


İnternet resurslarında Viləşçay Su Anbarı İstismar İdarəsində hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi, hidrotexniki qurğuların təmiri təyinatı ilə ASC-dən ayrılan vəsaitlərin mənimsənilməsi, tenderləri idarə rəisinin özünə yaxın şəxslərin rəhbərlik etdikləri şirkətlərə satmasından, fermerləri incitməsindən, idarənin texnikasını öz şəxsi maraqları naminə qeyri-qanuni icarəyə verməsindən, yanacaq və sürtgü materiallarını silərək talan etməsindən və başqa qanunsuzluqlara dair kifayət qədər informasiyalar vardır. Bildirilir ki, idarədə maşın və mexanizmlər üçün ehtiyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında dövlət vəsaiti mənimsənilir. Anbardakı balıq biznesi və anbarın mühafizə zonasının ayrı-ayrı şəxslərə satılması barədə də tənqidi materiallar az deyil.

Redaksiyamıza ötən il ayrı-ayrı tarixlərdə qeydə alınmış, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimovun rəvac verdiyi talançılığa dair faktların video-görüntüləri təqdim olunmuşdur:
13.08.2022-ci il tarixdə çəkilmiş video-materialdan bəlli olur ki, Su Anbarı İstismarı İdarəsinin ekskavatoru Viləşçay yatağından çınqıl qazıb daşıyır. Çəkilişə polis maşını da düşüb, amma görüntüdən məlum olur ki, asayış keşikçiləri nədənsə hərəkətsizlik edirlər.

27.11.2022-ci il tarixdə qeydə alınmış digər materialda isə Viləşçay Su Anbarının Masallı rayonunun Digəh kəndinin yuxarı başındakı (Digəhdən Bambaşı kəndinə gedən yolun altı) qarajının həndəvəri görüntüyə gəlir. Sakitçilik olanda Rusif Kərimovun texnikası beton boruları çıxarıb yük maşınına yükləyir. Qazılıb çıxarılmış boruların yerinə isə zir-zibil gətirib tökür, üstünü də traktorla hamarlayırlar. Sanki heç nə olmayıb kimi. Boruları daşıyan “Belorus” markalı traktorun isə dövlət nömrə nişanını görünməz ediblər ki, tanınmasın.

Rusif Kərimov haqqında bir məlumatrı da diqqətə çatdırmağı vacib bilirik. O, 2019-cu ildə Yaponiyada MDB dövlətlərinin 7 nəfərlik mütəxəssisi ilə birlikdə Azərbaycanı təmsil edərək 2 aylıq peşəkar kurs keçib. Amma Yaponiyadakı həmkarlarından doğru-dürüst işləmək təcrübəsi əxz etmək əvəzinə, qayıdandan sonra daha artıq dərəcədə korrupsiyaya qurşanıb. Elə ona görə də o vaxtdan yerli həmkarları ona kriminal aləmin məşhur simalarından olmuş Yaponçikin ləğəbini veriblər.//azerinfo

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər