Gündəm

Tire Nikols: Keçmiş zabitlər onun ölümünə görə təqsirli deyillər

Tire Nikolsun ölümünə görə qətl törətməkdə ittiham olunan beş keçmiş Memfis polis məmuru ilk məhkəmə qarşısında özlərini təqsirli bilməyiblər.

Tadarrius Bin, Demetrius Heyli, kiçik Desmond Mills, Emmitt Martin III və Castin Smit yanvarın 7-də cənab Nikolsun həbsində iştirak ediblər.

Onlar Memfis Polis Departamentinin daxili araşdırmasından sonra işdən çıxarılıblar.

Nikolsun ölümü ABŞ-da polis zorakılığına qarşı etirazlara səbəb olub.

Hakim beş müttəhimin ikinci dərəcəli qətl, ağır hücum, ağır adam oğurluğu, məmur davranışı və məmur təzyiqi ittihamları üzrə təqsirli olmadıqlarını təsdiqləyib.

Hakim Ceyms Cons vəkillərdən öz işlərini qurarkən, səbirli olmasını istəyib.

Shelby County Cinayət Məhkəməsində vəkilləri ilə yanaşı qarşısında duran müttəhimlərə də "Bu iş bir az vaxt ala bilər. Biz sizdən bu işdə davamlı səbirli olmanızı və nəzakətli olmanızı xahiş edirik"- deyib.

Qeyd edək ki, Nikolsun ailə üzvləri də vəkilləri Ben Krumpla məhkəmədə idilər.

"MUMtv.az" BBC,-yə istinadən bildirir ki, Nikolsun anası RowVaughn Wells məhkəmədən kənarda jurnalistlərə danışıb və keçmiş məmurları şəxsən gördüyünü söyləyib.

Xanım müsahibəsində, - “Onların üzümə baxmağa belə cəsarətləri yox idi”- deyə, bildirib.

O, söz verib ki, “Oğlum üçün ədalət əldə olunana qədər hər məhkəmə iclasında iştirak edəcəm".

"Memfis və bütün dünya bu işdə doğru olanın edildiyini görməlidir və bu gec deyil, tez baş verməlidir" - deyə, baş prokuror Paul Hagerman jurnalistlərə açıqlama verib.

Kostyum geyinmiş və qara maska taxan keçmiş zabitlər qısa dinləmə zamanı vəkillərinin yanında səssizcə dayanıblar.

Təqsirləndirilən şəxslərin heç biri danışmayıb. Onların vəkilləri hakimin sualına cavab olaraq, günahsız olduqlarını təsdiqləyib.

Yanvarın 26-da Memfis polisi zorakı həbsin bədən kamerası görüntülərini nəzərdən keçirdikdən sonra məmurlar həbs edilib və nəzarətə götürülüb.

Görüntülərdə 29 yaşlı cənab Nikolsun ehtiyatsızlıqdan avtomobil idarə etdiyinə görə götürüldükdən sonra polis tərəfindən döyüldüyü üçün anasını çağırdığı eşidilir.

Ona bibər qazı vurulub, zabitlər tərəfindən təpik və yumruq zərbələri alıb və üç gün sonra xəstəxanada ölüb.

Memfis polis rəisi Cerelyn Davis, hadisənin "yalnız peşəkar uğursuzluq" deyil, "başqa bir insana qarşı əsas insanlığın uğursuzluğu" olduğunu deyib.

RowVaughn Wells əvvəllər BBC News-a demişdi ki, vacib olan günahkarların irqi deyil, qurbanın - onun bu halda oğlunun irqidir.

"Söhbət polis məmurunun rəngindən getmir. Onun qara, ağ, çəhrayı, bənövşəyi olması bizi maraqlandırmır. Onların etdikləri səhv olub".

Şiddətli həbsin nəticəsi bütün şəhərdə dalğalanmalara səbəb olub.

Bilavasitə iştirak edən beş zabitin həbsindən əlavə, daha bir neçə əməkdaş da işdən çıxarılıb və barələrində araşdırma başladılıb..

Memfisdə cinayətlə mübarizə üçün nəzərdə tutulmuş xüsusi bölmə ləğv edilib.

Keçmiş məmurlar hazırda zaminə buraxılıblar, növbəti məhkəmə prosesi mayın 1-nə təyin edilib.

Qətldə günahkar bilinsələr, onları 60 ilə qədər həbs gözləyir.

MUMtgv.az
Jalə Asiman


Son xəbərlər

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Mamayı məscidinin açılışı oldu

"Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib" - Mirzoyan

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində

Prezident və xanımı Şuşada

YAP parlament seçkilərinə hazırlaşır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

"Dollar və avro lazımsız valyutalardır" - Lukaşenko

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Paşinyanın istefası tələbi niyə cavabsız qalıb?

Paytaxtın iki rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bütün xəbərlər