Gündəm

16 milyard manat pul xərclənib???  - ŞOK İDDİA // FOTO

MUMtv.az: - Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytını izlərkən adama elə gəlir ki, KTN İnam Kərimov əməlli-başlı işləyir. Tez-tez vətəndaşlarla görüşlər keçirir və sair.

Amma, digər tərəfdən də müxtəlif müstəqil medialarda vətəndaş müraciətləri hərəsi bir yandan yayımlanır.
Müraciətlərin əsasını subsidiya problemi təşkil edir.

Vətəndaş narazılıqları ilə medianın diqqətini üzərinə çəkən KTN barəsində daha bir maraqlı məlumatı Vüsal Əliyev adlı facebook istifadəçisi paylaşıb.

Vüsal Əliyev yazır:
"Hər kəs Tarif Şurasından yazsın, görün mən nədən danışıram. Gördüyünüz bu ferma Şamaxı rayonunun girişində tikilir. Tikintisi bilindiyi kimi artıq neçə ildir ki, davam edir.
Ferma Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansındadır və nazirliyin sifarişi əsasında tikilir. Buraya qədər hər şey normaldır.
Keçək əsas məsələyə.
Ferma artıq üç ilə yaxındır ki, kağız üzərində fəaliyyət göstərir. 11 min iribuynuzlu heyvanın saxlanıldığı bu fermaya nə az nə çox büdcədən 16 000 000 000 AZN pul xərclənib. (oxuya bilməyənlər üçün yazıram 16 MİLYARD MANAT) Hazırda burada 800 nəfər işləyir və hər ay maaş da alır. Fermada kağız üzərində o qəddddərrrrr şey var ki, birini elə mən deyim. Fermaya 2100 sağım aparatı alınıb biri 5000 manatdan. Cəmi 10 milyon 5 yüz min manat. Amma yoxdur. Bu fermanın süd məhsullarını marketlərdən alıb dadına baxa bilməzsiniz. Çünki, o da yoxdur."
Fermaya hər il min tonlarla yem alınır. Amma, o da kağız üzərində.
Siz də düşmüsüz ki, 10 qəpik belə getdi, Tarif Şurası elə gəldi. Di gedin rahat yatın."


"MUMtv.az" bildirir ki, Vüsal Əliyevin yayımladığı bu məlumatı oxuduqda belə məlum olur ki, sən demə hörmətli gənc nazir İnam Kərimov həqiqətən də "əməlli-başlı işləyir"miş. İndi bu rəqəmlərin də üzərinə "həftə səkkiz, mən doqquz" bağlanan qara nidalı tender müqavilələrindəki rəqəmləri gəldikdə...

Vay fələk... beynim "error verdi". Amma, maraqlıdır ki, gənc nazirin fəaliyyətində "error verən" hər hansı ən kiçik "mexanizm" belə yoxdur.

Sual yaranır, bir "milyarder nazirlik" üçün aylarla get-gəldə qalan, bütün əsəbləri tarıma çəkilən, həm sağlamlığı, həm kifayət qədər zamanını itirən zəhmətkeş kəndlilərin 100-150 AZN subsidiyasını vaxtında ödəmək niyə bu qədər çətin olur ki?

Yeri gəlmişkən, qeyd etdiyimiz məlumatlarla bağlı Kənd Təsərrüfatı Nazirliyinin də mövqeyini dinləməyə hazırıq.

MUMtv.az
Kəmalə Talıbova


16 milyard manat pul xərclənib???  - ŞOK İDDİA // FOTO

16 milyard manat pul xərclənib???  - ŞOK İDDİA // FOTO

16 milyard manat pul xərclənib???  - ŞOK İDDİA // FOTO

16 milyard manat pul xərclənib???  - ŞOK İDDİA // FOTO

16 milyard manat pul xərclənib???  - ŞOK İDDİA // FOTO

16 milyard manat pul xərclənib???  - ŞOK İDDİA // FOTO

16 milyard manat pul xərclənib???  - ŞOK İDDİA // FOTO

16 milyard manat pul xərclənib???  - ŞOK İDDİA // FOTO


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər