Gündəm
Gündəm
Göygöldə ferma yandı - xəsarət alanlar var
Göygöl şəhərində ferma yanıb.
Mumtv.az Modern.az-a istinadən xəbər verir ki, hadisə Fikrət Əmirov qəsəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Hadisə zamanı 2 nəfər tüstüdən zəhərlənib. Zəhərlənənlər FHN-in əməkdaşlarıdır. Onlardan biri Göygöl Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxs isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.