Gündəm

ASTARADA DƏHŞƏTLİ HADİSƏ: DİREKTOR MÜƏLLİMƏ STOL ATDI!


Ekspert: Elxan Nəcəfovun mafioz direktoru dəstəkləməsi dözülməz haldır

Astara rayonundan həyəcan doğuran xəbər almışıq. Belə ki, məktəblərdən birinin direktoru müəllimlərdən birinə qarşı fiziki hücum edib, daha dəqiq desək, STOL ATIB!

Söhbət, Burzubənd kənd tam orta məktəbinin qalmaqallı direktoru Turan Rəfiyevdən gedir. Hücuma məruz qalan isə məktəbin biologiya müəllimi Vidadi Əmirovdur.

Hadisə, tam olaraq belə baş verib: Direktorun qanunazidd və biabırçı əməllərindən edilən çoxlu şikayətlərdən sonra məktəbə, təhsil idarəsindən nümayəndələr gəlib. Vəziyyəti müzakirə etmək üçün müəllimlərə söz verilən zaman, paxırlarının açılmasına dözməyən dəliqanlı direktor, müəllimi ağır söyüşlərlə təhqir edib, lakin ürəyi soyumayaraq üzərinə hücuma keçib və stol atıb! Xoşbəxtlikdən ciddi fiziki xəsarət almayan yaşlı müəllim, sarsıntı keçirsə də, soyuqqanlılığını itirməyib.

Hadisə barədə “Təhsil Araşdırmalar Mərkəzi”nə danışan zərərçəkən Vidadi Əmirov, məktəbdə baş verən özbaşınalıqlardan müəllimlərin və şagirdlərin cana gəldiyini və buna görə də etiraz haqqından istifadə etdiklərini bildirdi: “Nəticədə problemlərin həll olunması əvəzinə, direktor Turan Rəfiyevin söyüşləri və fiziki hücumuyla “mükafatlandırıldıq”. Mən 39 ilin müəllimiyəm və Turan Rəfiyevə dərs demişəm, əlindən tutmuşam. Mənə “çox sağ ol” demək əvəzinə, üstümə hücum edir, öldürməyə cəhd edir…Guya mən ya da digər müəllimlər ölsə, yox olsa, problemlər yoxa çıxacaq?!...”

Lənkəran-Astara Regional Təhsil İdarəsi başda olmaqla, müvafiq qurumlardan reaksiya gözlədiklərini qeyd edən Vidadi müəllim, məsələ ilə bağlı müəllim heyətinin Təhsil İdarəsi rəhbəri Elxan Nəcəfovla görüşdüyünü də əlavə etdi: "Elxan müəllim öncə sübut və sənədləri görüb, direktorun işdən çıxarılması gərəkdiyini bildirdi, biz müəllimlər də sevindik ki, nəhayət məktəbimiz ağ günə çıxır. Lakin, sevincimiz çox çəkmədi. E. Nəcəfov görüşdən bir neçə gün sonra qəribə şəkildə mövqeyini dəyişdirdi, direktoru dəstəkləməyə başladı...”

Baş verən son dəhşətli olay ilə bağlı rayonun gənc elm adamlarının iştirak etdiyi "Gənc Alimlər" təşkilatı ilə də əlaqə saxladıq. Burzubənd məktəbində olduqca dramatik hadisələrin baş verdiyini qeyd edən təhsil eksperti Emin Mirzəli bunları bildirdi:

"Sözügedən qəsd hadisəsindən yetərincə müddət keçsə də və Vidadi müəllim müxtəlif qurumlara şikayət etsə də, hələ də rəsmi bir reaksiya yoxdur. Təsəvvür edin, normalda küçədə kimsə kiməsə söyüş söysəydi, polis başda olmaqla hamı tökülüşəcəkdi. Lakin, ictimai yerdə, özü də TƏLİM VƏ TƏHSİL MƏKANINDA belə bir quldurluq və qəsd hadisəsi baş verir, heç bir qurumdan "tık" yoxdur! Sadəcə olaraq, dəhşətdir! Belə çıxır ki, Turan Rəfiyev Vidadi müəllimi öldürməliydi ki, hansısa ciddi tədbir görüləydi...

Yaxud da hadisəni müəllimlər kameraya çəkib sosial şəbəkədə yaymalıydılar ki, Təhsil Nazirliyi reaksiya verəydi!

Fürsətdən istifadə edib, "Gənc Alimlər" təşkilatı olaraq, Astara İcra Hakimiyyətinə, DİN-ə Prokurorluğa, Həmkarlar İttifaqına və ən əsası da, Lənkəran-Astara Regional Təhsil İdarəsi rəhbəri Elxan Nəcəfova müraciət edirik; BU QƏSDƏ, BU DƏHŞƏTLƏRƏ DƏRHAL MÜNASİBƏT BİLDİRİN, ƏKS HALDA, SABAH O MÜƏLLİM YA DA BAŞQA MÜƏLLİM DİREKTOR TƏRƏFİNDƏN ÖLDÜRÜLƏ BİLƏR!

Məsələyə, medianın və jurnalistlərin bundan sonra reaksiya verəcəyinə inandığını qeyd edən gənc alim bu hadisənin, "Regional"ın rəhbəri Elxan Nəcəfov üçün səmimiyyət testi olduğunu bildirdi: "Düşünürük ki, Elxan müəllim, savadlı, intellektli bir insan olaraq, öncəki savadsız müdirin səhvlərindən ibrət almalıdır. Lakin, fakt budur ki, Turan Rəfiyev məktəbi şəxsi obyektinə çevirməsinə, öz müəlliminə qəsd etməsinə baxmayaraq, hələ də o məktəbin rəhbəridir..."

Qeyd: Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfovla əlaqə saxlamağa çalışsaq da, Elxan müəllim təəssüf ki, münasibət bildirməkdən boyun qaçırdı…

P.S. Bəli, sözün bitdiyi yerdəyik. Hücuma məruz qalan Vidadi Əmirov, vaxtilə elə Turan Rəfiyevin özünün də əlindən tutub, onun müəllimi olub... Öz müəllimini təhqir etmək və üzərinə hücum etmək... Necə deyərlər, "ustadına kəm baxanın gözünə qan damar..."

Əgər bir insan öz müəlliminə əl qaldırırsa, deməli onun üçün müqəddəs heç nə yoxdur, o, hər şeyi edə bilər…

"Təhsil Araşdırmalar Mərkəzi"

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər