Gündəm

İntihara cəhd edən direktordan İLGİNC AÇIQLAMALAR - "Kişi olsunlar, məni ucuz yalanlarla şərləməsinlər"

MUMtv.az: - "Mən uzun illərdir ki, pedoqoji fəaliyyətlə məşğulam. Direktor kimi ağlıma da gətirməzdim ki, nə zamansa rəhbərliyimin təzyiqlərindən, Anar Qədimalıyevin özbaşına davranışlarından bezib intihara cəhd edə bilərəm. Təəssüf ki, bu olay artıq baş verib. Araşdırma aparılır və bu barədə çox danışmaq istəmirəm. Sadəcə, Regional Təhsil İdarəsinin yaydığı o iftiraya görə deyim ki, "kişi olsunlar, məni ucuz yalanlarla şərləməsinlər".

Bu sözləri Demokratik.Az saytına qısa açıqlamasında Gəncə şəhəri 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayeva deyib. Məktəb direktoru onu intihara sövq edən səbəblərə dair qarşı tərəfin yaydığı rəsmi açıqlamanı təkzib edərək bildirib:

"Anar Qədimalıyevin rəhbərlik etdiyi təhsil idarəsi səhvlərini gizlətmək üçün bildiriblər ki, guya məktəbimizin sabiq ingilis dili müəlliminin biri xarici ölkədə yaşayıb. Ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əməkhaqqı köçürülüb, habelə 04 aprel tarixində işdən azad edilib. Və guya yerli araşdırma nəticəsində bu məlumat təsdiqini tapıb. Guya həmin müəllimin də dərs saatları müvafiq müəllimlər arasında bölünməsi barədə əmrim düzgün olmayıb. Ona görə də intihara cəhd etmişəm. Ağ yalandır, buna hansı ağlı başında olan biri inanar?

Qarayeva əlavə edib: "Bildirirəm ki, deyilən müəllim bu ilin yanvarından analıq məzuniyyətinə buraxılıb və müəllimlə məktəb arasındakı müvafiq əmək müqaviləsinin xitam olunduğu tarixədək (04 aprel 2022) ona heç bir əməkhaqqı yazılmayıb, tabelə imza atılmayıb. Belə özbaşınalığı etmək mümkünsüzdür, özləri bu işlərə nəzarət edirlər. Bu vəziyyətimdə mənə və məktəbə qarşı belə bayağı yalanı səsləndirməyi, bir qadını şərləməyi özlərinə necə sığışdırırlar?!"- sitatın sonu.

Onu da bildirək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (GDRTİ) sözügedən iddiası üzrə sabiq müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərib, bu yolla da direktorun intihara cəhdində hədəfdən yayınmağa çalışır. Həqiqət belədir ki, GDRTİ-nin rəhbəri Mətanət Qarayevanı direktorluqdan çıxarıb məktəbin rəhbərliyini öz yaxın qohumu, həmin məktəbin təşkilatçı müavini, Gəncə İHB-nin humanitar məsələlər şöbəsinin müdirinin müavini Azər İbrahimovun qaynanası Nüşabə Məmmədovaya devr etmək istəyilə məktəbə basqılar həyata keçirib. Nəticədə, Anar Qədimalıyevin təzyiqlərinə sinirləri dözməyən direktor iyunun 23-də səhər saatlarında yaşadığı evdə dərmanlar içərək intihara cəhd edib.

Hadisə ilə əlaqədar Göygöl rayon prokurorluğunda cinayət işi açılıb və olay Gəncə Baş polis İdarəsi tərəfindən də araşdırılır.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər