Gündəm


Xatırladaq ki, Aktualxeber.az saytında dərc edilən "Təqaüdçü direktorun müasir korrupsiya metodları”, "144 saylı məktəbdə "əsgərə yardım” adı altında pul yığılır”, "Təhsil idarəsi rüşvətxor direktoru müdafiə edir” başlıqlı məqalələrdə Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanovanın qanunsuz əməlləri barədə yazmışdıq. Amma deyəsən "daydayı” güclü və pulu da çox olduğu üçün hələ də "gözün üstə qaşın var” deyilməyən Q. Sultanova müqəddəs qanunlarımızı tapdalamaqdan həzz alırmışcasına özbaşınalıqlardan əl çəkmək fikdrində deyil. Çünki daha böyük şövqlə qanunsuz əməllərinə davam edirək Təhsil Nazirliyi tərəfindən ona verilən töhməti belə vecinə almamaqdadır.



Direktorun məktəb kollektivi, şagird və valideynlərlə kobud davranışı, tutduğu anti humanist hərəkətlər, kollektivin ünvanına işlətdiyi qeyri-etik ifadələr adi hal almaqda davam edir. 01.05.1955-ci ildə anadan olmuş Qənirə xanımın vəzifədə çalışmanın yaş həddinin başa çatmasına baxmayaraq təhsil sahəsində göstərdiyi "nailiyyətlər”ə və himayədarlarına görə əmək müqaviləsi yenə də uzadılıb. Onun "Mən hələ 5 il bu məktəbdə direktor olacam. İşimi aidiyyatı instansiyalarla "həll edib” gəlmişəm” deməsindən doğan güvən hissi görəsən "kimlərə” söykənir?
Məktəbdə dərs bölgüsü, XI sinif şagirdlərinə attestatların verilməsi, ibtidai təhsil mərhələsini başa vuran V siniflərə fənlər üzrə "ən yaxşı müəllim” seçimi və X-XI sinif şagirdlərinin tədris ili boyu ərzində dərsə davamiyyətinə "göz yummaq”, sevmədiyi işçilərin haqqında şər-böhtan dolu ittihamların yazılması, aktlaşdırılması və aktın təsdiqi üçün digər işçilərə məcburi imza çəkdirməsi, həmçinin, əsasən, yuxarı sinif şagirdlərinin yeni tədris ilində "Virtual məktəb” platformasında gündəlik dərslərə qoşulmamaq üçün direktorla valideynlər arasında olan bütün "razılaşma”lar müəyyən pul qarşılığında bu gün də icra olunmaqdadır. Onun orduya dəstək üçün hər müəllimdən 100 manat olmaqla yığdığı 5 min manat vəsaitdən cəmi-cümlətani 1700 manatını əsgərlərə xərcləməsinə isə ad vermək belə olmur.
Onu da xatırladaq ki, son dəfə ictimailəşən məlum şikayətlərdən sonra məktəbə "yoxlama”adı ilə gələn BŞTİ-nin əməkdaşları – Ümumtəhsil sektorunun məsləhətçisi Tural Həsənov, Nəzarət sektorunun əməkdaşı Bakir Məmmədov Qənirə Sultanova ilə "müəyyən əsaslarla” razılığa gəliblər ki, nəticə etibarilə onun bütün qanunsuz əməllərinə göz yumulub… Çünki onlar direktorun yaxın adamları, keçmiş iş yoldaşları və konkret olaraq himayədarlarıdır. Ümidvarıq ki, Təhsil Nazirliyi yazdıqlarımızı nəzarətə götürərək daha obyektiv yoxlama təşkil edərək günahkarları cəzalandıracaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq. //Aktualxeber.az//

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər