Gündəm




Dünyanın ən varlı adamları arasında yer alan Ceff Bezosa qarşı qaldırılan yeni iddia dünya mətbuatında gündəm olub.

İddianı qaldıran şəxs son zamanlar Ceff Bezosun evində təmizlikçi işləyən Mercedes Vedadır.

Onun səsləndirdiyi ittihamlar kifayət qədər ciddidir. Onun keçmiş qulluqçusu Mercedes Veda Amazon-un qurucusu milyarder Ceff Bezosu məhkəməyə verib. Noyabrın 1-də Ali Məhkəməyə müraciət edən Vedanın irəli sürdüyü ittihamlar böyük müzakirələrə səbəb olub.

Veda məhkəməyə verdiyi ərizədə Latın mənşəli olduğu üçün irqi ayrı-seçkiliyə məruz qaldığını, özünün və digər qulluqçuların qeyri-insani şəraitdə işləməyə məcbur edildiyini bildirib. Bezosun malikanəsində üç il işlədiyini bildirən Veda, ona və digər işçilərə ağdərili işçilərdən fərqli davranıldığını bildirib. 

2019-cu ildə Bezosun evində işə başlayan Veda iddia edib ki, milyarder və ailə üzvləri evdə olarkən qulluqçular nahar etmədən və dincəlmədən gündə 10-14 saat işləmək məcburiyyətindədirlər. Veda işçilərin günün çox hissəsini tualetdən istifadə edə bilmədikləri üçün sidik yolları infeksiyalarından əziyyət çəkdiklərini də açıqlayıb. 

Xidmətçilərin malikanənin əsas binasından kənarda yerləşən mühafizə idarəsinin yanındakı tualetdən istifadə etmək istədikləri, lakin “təhlükəsizlik protokolu”nu pozduqları üçün bu tualetin qadağan edildiyi bildirilib.
Jeff Bezos, world's fourth richest, sued by ex-housekeeper over long hours  | Mint

İddianamədə Veda həm Bezosu, həm də onun şəxsi sərmayələrini və əmlaklarını idarə edən şəxsi ittiah edib. Veda ev işçilərinin işə götürülməsi və işdən çıxarılmasını idarə edən Zefram və Northwestern şirkətlərini günahlandırıb.

Bezosun vəkillərindən olan Harri Korrell bütün ittihamları rədd edib və Vedanın irqi ayrı-seçkiliyə məruz qalması ilə bağlı iddiasını “absurd” adlandırıb.

Vedanın zəif performans səbəbiylə işdən çıxarıldığını ifadə edən Harri Korrell bunları deyib: "Əvvəlcə 9 milyon dollardan çox pul istədi və şirkət bu tələbi rədd etdikdə məhkəməyə müraciət etməyə qərar verdi. Öz mənşəyini gündəmə gətirərək, onun irqinə və ya milli mənşəyinə görə ayrı-seçkiliklə üz-üzə qalmasını söyləməsi absurddur." /musavat.com

Son xəbərlər

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO

"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

Bakıda bəzi parklanma yerləri ləğv edilir

Bu fürsətlər taleyinizdə dəyişikliklərə səbəb olacaq - BÜRCLƏR

Aviasiya qəzalarında həlak olan dünya liderləri

İran hökuməti Rəisinin ölümü ilə bağlı təcili bəyanat yaydı: Əmin edirik ki...

Rəisinin ölümü ilə bağlı şok fakt: Qəza yerindən qaçan adamlar görüntüləndi - VİDEO

Azərbaycan XİN İrana başsağlığı verdi

Bu gündən Bakıdakı əsas körpülərdən biri bağlanır

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO

Prezident Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı

İran prezidentinin vəzifəsini bu şəxs icra edəcək

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

Möhsün Mənsuri İbrahim Rəisinin ölümünü təsdiqlədi

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Bütün xəbərlər