Gündəm




“Valideynlərin çoxu uşaqlarının tərbiyəsini   televiziyanın, internetin öhdəsinə buraxıb. Hər uşağın əlində bir yekə smartfon alıb verib canlarını qurtarıblar. Onların yerinə uşaqlarını kimlər tərbiyə, edir, kimlər yönəldir heç veclərinə də deyil”.

Bu fikirləri  Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı deyib. 

“Uşaqlar cəmi 30 il əvvəlki ənənəvi məkanlarından- yaradıcılıq mərkəzlərindən, istirahət düşərgələrindən, idman salonlarından… ayrılaraq küçələrə tərk edilib. Ən yaxşı halda dəhşətli oyunlar oynadıqları, pornoya, zorlamaya, qanlı döyüş səhnələrinə baxdıqları “virtual dünyaya” buraxılıb. Uşaqlarına sahib çıxmayan onların tərbiyəsi ilə məşğul olmayan, onlara vaxt diqqət və ayırmayan, qayğı göstərməyən fasiləsiz olaraq nəzarət etməyən valideynlərin övladları böyük risk altındadır. Uşaqlara tərbiyə verməyi arxa plana atıb, onları tam nəzarətsiz buraxıblar. Siz heç əlində kitab qəzet, kitab oxuyan və ya bir-biri ilə şahmat oynayan uşaq, yeniyetmə və gəncə rast gəlmisinizmi? Xeyr təbii ki. Amma əlində smartfon pozğun videolara baxan, qorxunc oyunlar oynayan, vaxtını bir-birinə şit və tərbiyəsiz videolar göndərməklə keçirənləri kütləvi görürük”.

Ekspert əlavə edib ki, azyaşlı uşaqların əlinə bahalı smartfonlar alıb verib və yaxalarını kənara çəkiblər:

“İnternetdə ağla gələn və gəlməyən hər cür təhlükəli materiallar var, hansı ki, psixikaya çox ağır zərbə vurur, dəyərlər sistemini dəyişdirir, əxlaqsızlığı, narsizmi, eqoizmi, həyatda maddi həzz və əyləncədən üstün dəyər olmadığını təbliğ edir. Elm sübut edib ki, televiziya insan psixikasına hər şeydən güclü təsir edir. Bu vasitə ilə onu istədiyi istiqamətə yönəldə bilirlər. Subliminal mesajlarla, 25-ci kadrlarla dolu olan videomateriallar, xüsusi frekansda və beyin xarab edən tonlarda mahnılar şüuraltına işləyir və yalnız pis məqsədlərə xidmət edir. Mən hələ görməmişəm ki, özəl tv-lərdə alimlər danışa, elm, təhsil məsələləri müzakirə edilə, intellektual yarışlar təşkil edilə, müasir texnologiyalar öyrədilə, sağlam həyat tərzini təbliğ edilə. Yalnız dövlət kanallarında və ictimai televiziyada bu var. Yəni, ətrafdan çox güclü psixotron təzyiq, daha doğrusu terror var. Uşaqlar qorxunc dünyanın caynağına buraxmaq olmaz. Onlar bu psixotron terrorun öhdəsindən gələ bilməz. Ona görə də istisnasız olaraq bütün bu kimi hallarda valideyn günahkardır. Hələ də çox gec deyil, uşaqlarınıza sahib çıxın. Onların fiziki və mənəvi sağlamlığını təmin etmək sizin vəzifəniz, borcunuzdur. Bunu edə bilmirsinizsə, verin uşaqları internatlara. Bu, onlar üçün daha yaxşı olar”.

Son xəbərlər

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

Bütün xəbərlər