Gündəm

Bu problem Təhsil Nazirliyini MARAQLANDIRIRMI? - AXI NİYƏ?!

MUMtv.az: - Son illər məktəblilər arasında zərərli vərdişlərə meyillilik çoxalıb. Valideyn nəzarətindən kənarda qalan bir çox məktəbli siqaret, spirtli içki, narkotik vasitə kimi həyat üçün zərərli vərdişlərə meyil edirlər. Nəticədə həmin şagird həm təhsildən yayınır, həm də gələcək həyatını sual altına salır. Bu məktəblilər təkcə özünü deyil, yaxın dostlarını da bu uçuruma doğru aparır.

Uşaqları bu və bunun kimi zərərli vərdişlərdən necə qoruya bilərik? Ümumiyyətlə, uşaqların bu həyat tərzi hansı psixoloji amillər nəticəsində meydana gəlir?

Mütəxəssislərin fikrincə, erkən yaşda siqaret çəkməyin çox ciddi fəsadları var. Azyaşlı oğlan və qızların siqaret çəkməsi birmənalı olaraq həvəsdir. Bu həvəs isə onların sağlamlığına ciddi ziyan vurur. Onlar potensial olaraq xərçəng xəstələri hesab olunurlar. Psixoloqlar isə hesab edir ki, siqaretin orqanizmə mənfi təsirləri ilə bərabər məsələnin psixoloji tərəfləri də diqqətdən yayınmamalıdır.

İlk olaraq bilmək lazımdır ki, uşaqlar niyə siqaret çəkir?

Bəzən normadan artıq özgüvən əksikliyi yaşayanda, ailədə davamlı şiddətə məruz qalanda, uşaqlarda modaya ayaq uydurmaq üçün, bundan əlavə dostlarının yanında özünü böyük göstərmək üçün siqaretə maraq yaranır. Bəzi uşaqlar isə siqaret çəkməyi öz böyüyündən gördüyü üçün uşaq ağlı ilə böyüməyin ilkin əlamətlərindən biri kimi dəyərləndirir. TEREF.AZ-ın məlumatına görə, məsələ barədə “Şərq”ə açıqlama verən psixoloq Sənubər Yusifova da hesab edir ki, övladlarının yanında siqaret çəkən atalar uşaqlarına birbaşa mənfi örnəkdirlər:

"Düzdür, elə ailələr var ki, orada heç uşağın böyükləri siqaret çəkmir. Belə uşaqlar isə ətrafındakı təsirlərdən siqaret çəkməyə maraqlı olur. Valideyn uşağa xərclik verərkən onu hara, hansı cür xərcləyəcəyinə də fikir verməlidir. Mən də çox narahatam ki, orta məktəb şagirdlərinin siqaretdən istifadə etməsi gündən-günə artır. Uşaqlar bunu faydalı, lazımi bir vasitə kimi istifadə edirlər.

Siqaret çəkən insanın ən az 18 yaşı olmalıdır. Amma hazırda müxtəlif yaş kateqoriyasına mənsub olan uşaqlar buna əməl etmir. Onlar hətta bəzi nəzarətsiz məktəblərin həyətlərində siqaret çəkirlər. Uşaqlar siqareti əsasən qrup halında çəkirlər. Tək halda siqaret çəkən azyaşlı birisini görmək çətindir. Uşaqların siqaret çəkməyə başlamasının əsas səbəbi buna qrup şəklində başlamalıdır. Onlara baxıb, bu pis vərdişlərdən istifadə etməyənlər də siqaretdən istifadə edir. Aşağı siniflərdə oxuyanlar yuxarı siniflərin siqaretdən istifadə etməsini görüb, çəkməyə başlayırlar. Hətta bəziləri bunu özləri üçün fəxr hesab edirlər. Uşaqlar siqaretin necə zərərli bir vasitə olduğunu bilmir. Onlar siqaretin tərkibi və zərərlərindən xəbərsizdirlər. Çünki onlara siqaretin profilaktikasını keçməyiblər. Məktəbdə müəllimlər şagirdləri Həyat bilgisi kimi dərslərdə siqaretin zərərlərindən, onun tərkibindən, siqaret istifadə edərlərsə, gələcəkdə həmin uşaqları nəyin gözləməsindən xəbərdar etməlidirlər.

Mütəmadi məktəblərdə şagirdlərə siqaretə qarşı təbliğatlar aparılmalıdır. Yalnız bu yolla onlar bundan uzaq dura bilərlər. Mən bir neçə dəfə məktəb şagirdlərinə bunun profilaktikasını keçmişəm.

Bu zaman müşahidə etmişəm ki, şagirdlər siqaretin zərərlərindən xəbərsizdir. Uşaqlar məktəb yaxınlığında və digər onlara yaxın ərazilərdə yerləşən mağazalardan siqareti asanlıqla əldə edirlər. Bu da onlara daha bir rahatlıq yaradır. Uşaqlar siqaretdən imtina etməyi, sağlam yaşamağı düşünə bilmirlər. Çünki bu sahədə onların təcrübələri azdır. Uşaqlar arasında passiv siqaret çəkmə halları da yaşanır. Bu hal əsasən qrup halında siqaret çəkdikdə yaşanır. Orada siqaret çəkənlər aktiv formada, çəkməyənlər isə siqaretin tüstüsünü qəbul edərək passiv formada bundan istifadə edirlər”.//azerinfo

Son xəbərlər

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Bütün xəbərlər