Gündəm

“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” - Bayram Nurlu
 
MUMtv.az: - Xəbər verdiyimiz kimi, Qaxda 9 yaşlı İbrahimxəlil Qasımzadə və onun əmisi oğlu 12 yaşlı Murad Qasımlı göbələkdən zəhərlənərək vəfat edib.

İbrahimxəlil Qasımzadənin dayısı, ektrasens Bayram Nurlu "Qafqazinfo”ya müraciət edərək iddia edib ki, hər iki uşaq həkim məsuliyyətsizliyinin qurbanı olub. Onun sözlərinə görə, həkimlər məsələnin ciddiyyətinin fərqinə varmayıb və uşaqları vaxtında Bakıya göndərməyiblər:

"Uşaqlar həmişə meşədən, bağdan göbələk yığıb yeyirmişlər. Bu dəfə yedikləri göbələk zəhərli olub. Səhərə yaxın saat 5-də halları pisləşib, xəstəxanaya aparıblar. Qax xəstəxanasında uşaqların mədəsini yuyublar, səhər saat 11-12 radələrinə evə buraxıblar. Deyiblər, "əlimizdən gələni elədik, yaxşı olacaq”. Amma uşaqlar evə gələndən sonra yenidən halları pisləşib. Yemək yeyə bilməyiblər. Həkimə zəng ediblər, deyib, "zəhərlənmədir, normal haldır”. Mən rayona çatanda gördüm ki, uşaqlar çox pis vəziyyətdədirlər. Bakıda tanış həkimlərə zəng etdim, dedilər yaxşı deyil. Kəndin həkiminə zəng etdim, tibb bacısı göndərdi. Tibb bacısı gəlib uşaqları görəndə dedi ki, "mən bu uşaqlara sistem qoşsam, əlimin altında qalacaqlar”. Təzədən uşaqları götürüb Qax xəstəxanasına çatdırdıq”.
“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” - Bayram Nurlu

B. Nurlu bildirib ki, uşaqlara baxan həkimin adı Günay olub: "Ona deyiblər ki, uşaq Bayram Nurlunun bacısı oğludur. Nə lazımdır, gəlib edəcək. Həkim bunu biləndən sonra deyib ki, uşaqları təcili Bakıya çatdırın. Bakıya gətirəndən 2-3 saat sonra uşağın biri vəfat etdi, ardınca da o birisi. Bakıda deyiblər ki, uşaqlar zəhərlənən gün bura gətirilməli idi. Artıq zəhər uşaqların bütün bədəninə yayılıbmış”.

O, həkim məsuliyyətsizliyinə görə, ailənin rəsmi qaydada şikayət edəcəklərini də əlavə edib: "Həkim dünən televiziyada danışır ki, ilkin müayinə olunandan sonra uşaqları Bakıya göndərmişik. Niyə demirsən ki, uşaq gəlib mədəsini yumuşuq, evə göndərmişik?! 2 gün sonra vəziyyəti ağırlaşandan sonra Bakıya göndərmişik?! Həkim yalan danışıb. Uşağın xəstəxanadan evə qayıdandan sonrakı şəkilləri də var. O Qaxdakı savadsız, diplomu alıb orada oturan həkim uşaqları xəstəxanaya gedən gün sistem qoşub, ambulansla Bakıya göndərsə, bu hadisə yaşanmazdı. Bu, hadisə həkimin günahıdır. Mesajlarıma, zənglərimə cavab vermir. Lazımi orqanlara rəsmi qaydada müraciətlərimiz olacaq”.

B.Nurlunun sözlərinə görə, eyni göbələkdən uşaqların əmisi də yeyib. Yaşı daha çox olduğu üçün orqanizmi dözə bilib və hazırda xəstəxanadadır.

“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” - Bayram Nurlu
“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” - Bayram Nurlu
“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” - Bayram Nurlu



Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər