Gündəm

Döyüş meydanında düşmənə aman verməyən qəhrəman

Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar, döyüş əməliyyatlarının aparılması taktikasını dəyişdi. Belə ki, hərbi əməliyyatlarla bağlı indiyə qədər mövcud olmuş ənənələr yeniləri ilə əvəz olunur, o cümlədən bir sıra hərbi texnikalar tədricən effektivliyini itirir. Bütövlükdə, torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi ordumuzun gücünün və ümumən Silahlı Qüvvələrimizdə aparılan quruculuğun və modernləşmənin nəticələrinin döyüş meydanındakı praktik təsdiqi oldu. Azərbaycanın bütövlüyünə, toxunulmazlığına qarşı Ermənistanın Silahlı Qüvvələrinin uzun illər davam edən təxribatlarına, beynəlxalq hüququn tələblərinə zidd olan hərəkətlərinə cavab olaraq, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan xalqı otuz ilə yaxın davam edən bu işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda qəti mübarizəyə qalxdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi 44 günlük hərbi əməliyyatlar nəticəsində şanlı ordumuzun böyük rəşadəti, hərb tarixində yer alan döyüş bacarığı nəticəsində xalqımız düşmən üzərində tarixi qələbə çaldı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Bu böyük qələbə Azərbaycanın haqq yolunda apardığı mübarizənin şərəfli sonluğudur. Qazanılan qələbə bizim birlik və həmrəyliyimizin nümayişi, düşmənə sarsıdıcı zərbələr endirən müzəffər ordumuzun hər əsgər və zabitinin əzminin təntənəsidir. Döyüş meydanında düşmənə aman verməyən polis zabitlərimizdən biri də Nəcəfov Fidayə Ramiz oğludur.

Nəcəfov Fidayə Ramiz oğlu 19 mart 1963-cü ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. 1970-ci ildə Minkənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirdikdən sonra, Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1984-cü ildə Sənaye Mallar Əmtəəşünaslığının və Ticarətin Təşkili peşəsinə yiyələnərək institutu bitirmişdir. Elə həmin il 1984-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, 1986-cı ildə hərbi xidməti başa vurmuşdur. 1991-ci ilin avqust ayının 26-da Daxili İşlər Orqanlarına baş leytenant rütbəsi ilə Yevlax Rayon Polis şöbəsinə Baş inspektor vəzifəsinə təyin olunmuşdur. Yevlax rayonunda polis orqanlarında çalışdığı müddətdə Azərbaycan Respublikasının topaqlarının bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmişdir. Goranboy rayonunun Sarısu, Kəpəz istiqamətində, Şuşa rayonunun Nəbilər, Zarıslı, Xəlfəli, Kərkicahan istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş, düşmənin ağır texnikasının və canlı qüvvəsinin zərərsizləşdirilməsində yaxından iştirak etmişdir. Qarabağ veteranıdır.

1992-ci ildən Zaqatala Rayon Polis Şöbəsində “İqtisadi Cinayətkarlığa qarşı Mübarizə” qrupunda Əməliyyat müvəkkili vəzifəsini icra etmişdir.

1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, ikinci təhsil almışdır.

1996-cı ildə Dəvəçi rayon Polis şöbəsində İqtisadi sahədə cinayətkarlığa qarşı Mübarizə qrupunun Baş Əməliyyat müvəkkili, 1999-cu ildən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Baş Əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə Daxili İşlər Nazirinin əmri ilə dəfələrlə fəxri fərman və müxtəlif mükafatlarla təltif olunmuşdur. 2013-cü ildən həmin idarədə məsul növbətçi vəzifəsində işləmiş və 2020-ci ilin iyul ayında yaş həddinə görə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdır. Polis zabiti olaraq Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusunun tarixi qələbəsi onun da arzu və istəklərinin həyata keçirildiyi andır.
Qarabağ Azərbaycandır!
SUBUT MEHDİYEV

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər