Gündəm

Ermənistanın son təxribatları ilə bağlı cinayət işi başlandı

Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tələblərini kobud şəkildə pozaraq 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.

"MUMtv.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatında bildirilir.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.

Vurğulanmalıdır ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşımaqla yanaşı, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunub.

Baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 100.2 (təcavüzkar müharibəni aparma), 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə Gəncə, Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarında cinayət işləri başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur. 
Hazırda prokurorluq əməkdaşları tərəfindən mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Ermənistan Respublikasının təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər  görülür.

Media nümayəndələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur. 
İctimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaqdır.

Son xəbərlər

Vüqar Səfərli hər şeyini geri istəyir

Prezidentdən deputatla bağlı SƏRƏNCAM

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Murad Dadaşov həyat yoldaşı ilə - FOTO

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

Bazar gününə olan hava proqnozu

Siqaretlə bağlı cərimələr kəskin artırılır

Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 7000 manat cərimə tətbiq olunacaq

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Prezident ailəsi film təqdimatında

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı - GORANBOYDA ŞOK !!!

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Ötən gün 32 cinayətin üstü açılıb

Azərbaycan nefti bahalaşdı

Ölkəsini tərk edən aktyor qızı üçün beş vətəndaşlıq almağı planlaşdırır

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

"Telegram" kütləvi nasazlığın səbəbini açıqladı

İkinci Gəncə terrorundan dörd il ötür

Makron Paşinyanla sülh sazişini müzakirə etdi

Azərbaycanda bu şəxslər 7 min manat cərimə ediləcək

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Argentina Folklend adalarını geri qaytarmaq istəyir

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

Qərbdən Ermənistanla bağlı Rusiyaya CAVAB

Səriyyə Qənbərova işdən çıxarıldı

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

Bütün xəbərlər