Gündəm


"Oğlun əsir düşüb, pul lazımdır" - Şəhid leytenantın atasını belə aldadıblar

2020-ci ilin sentyabr ayında başlayan Vətən Müharibəsinin ilk günlərində şəhid olan, lakin nəşi 8 ay sonra tapılan leytenant Əli Yusifovun atası Süləddin Yusifov dələduzluğa məruz qalıbmış.

"MUMtv.az" musavat.com-a istinadən xəbər verir ki, aylarla oğul həsrəti çəkən, qulağı övladının şəhid olması və ya sağ olması barədə istənilən xəbərdə olan atanı aldadan şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Şəhid atası Süləddin Yusifovu hər kəs tanıyır. Ata oğlu itkin düşəndən sonra sosial şəbəkələr vasitəsi ilə tez-tez müraciətlər edirdi. Oğlunu görənlərdən, tanıyan hərbçi yoldaşlarından kömək istəyirdi. Onun müraciətləri mətbuat səhifələrində də dərc edilmişdi.
Süləddin Yusifov paylaşımlarının birində qeyd etmişdi ki, oğlunu yuxusunda görüb. Şəhid atası qeyd edirdi ki, əsir düşən oğlu ondan kömək istəyir. Onun bu paylaşımı hər kəsi çox kövrlətmişdi. Lakin şəhid atası 8 ay sonra oğlunun şəhadət xəbərini aldı.
Elə həmin ərəfələrdə- Süləddin Yusifovun oğlunun əsir düşməsinə, sağ olmasına ümid etdiyi ərəfədə həmyerlisi Natiq Abbasov bunu fürsət bildib. Süləddin Yusifova oğlunun əsir düşdüyünü, onu əsirlikdən qurtarmaq üçün pul lazım olduğunu deyib.
Natiq Ababsov oğlundan gələcək hər xəbərə həssas olan ataya deyib ki, Əli Füzulidə, Horadizdə yaralanıb. Onunla birlikdə 6 nəfər də yaralı olub. Yaralıları xəstəxanaya gətirən maşın havanın dumanlı olması səbəbindən ermənilərin yerləşdiyi posta gedib.
Bu yalanlarına Süləddin Yusifovu inandıran Natiq Abbasov hissə-hissə olmaqla 1705 manat pulun öz kartına köçürülməsinə nail olub. Həmin pulları şəxsi ehtiyaclarına xərcləyərək Süləddin Yusifova qarşı dələduzluq edib.
Bu əməlinə görə Natiq Abbasov axtarışa verilərək həbs edilib. Şərur Rayon Məhkəməsinin hökmü ilə Natiq Abbasov 2021-ci ilin oktyabrında 4 il müddətinə azadlıqdan məhrum edilib. Cəzadan apelyasiya şikayəti verən Natiq Abbasov dünən məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə onun səhhətindəki problemi, şəhid atasının onu bağışlamasını, zərəri tam olaraq ödəməsini nəzərə alıb. Onun cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər