Gündəm

Müdirlə işçi arasındakı münaqişə məhkəmə ilə nəticələndi - ŞİKAYƏT

"DogruXeber.az" redaksiyasına Lənkəran rayonu Moğonojba kənd sakini 02 avqust 1989-cu il təvəllüdlü Mehdiyev Mircalal Ağa oğlu tərəfindən votsap vasitəsilə yazılı müraciət daxil olmuşdur.

Müraciəti olduğu kimi təqdim edirik.
"Mən Lənkəran rayonu Moğonojba kənd sakini 02 avqust 1989-cu il təvəllüdlü Mehdiyev Mircalal Ağa oğlu, ali təhsilliyəm, iki bakalvr, bir magistratura diplomum var. Lənkəran Dövlət Maşın Sınaq Stansiyasında 9 il idi ki, çalışırdım. 4 ay öncə 01 sentyabr 2021-ci il tarixində müəssisəmizdə müdir dəyişdi, əvvəllər məninlə düşmən münasibətində olan Mahmudov Elşad Məhərrəməli oğlu müdir vəzifəsinə gəldi. Mahmudov Elşad Məhərrəməli oğlu adında şəxs öncə bir neçə işçini öyrədib mənə qarşı qaldırdı, əgər haqqımı tələb edərəmsə bütün işçiləri öyrədib, birlikdə məni şərləyib tutduracağını söylədi. Güya ki, yaxşı işçi deyiləm deyə hərkəsdən imza toplayacaq. Mahmudov Elşad müdir olan gündən bir çox işçilərin işə gəlməməyinə şərait yaratdı, bir çoxunuda saat 16:00, iş vaxtı bitməmiş evə buraxırdı. Buna görə işçilər onun hər dediyini edəcəklər deyə əmin idi. İş vaxtı 18:00-da bitir, amma o gələn gündən özünü sevdirmək üçün işçiləri 16:00-da buraxır. Dəfələrlə ona müraciət etmişəm mənə qarşı olan bu haqsızlıqlara son qoyulsun, mənə deyir xoşun gəlmir ərizəni yaz çıx. Mən öz bildiyim kimi ərizə yazsamda, cırıb atdı, mənə özü nümunə ərizə yazıb verdi və söylədi belə yaz və çıx get. Hal-hazırda mənə deyir əgər haqqını tələb etsən sənin üzünə durarıq biz bütün işçilər, səni tutdurarıq, get başqa yerdə özünə iş tap. Araşdırılsa hərkəsdən güclü təhsilim, güclü iş bacarığım var, iş zamanı çox mədəni və alicənab davranam insanam. Mən 15 dekabr 2021-ci il tarixində məcbur qalıb işdən çıxmağa dair ərizə yazdım, əks halda bütün işçilərlə birləşib məni tutduracağıyla hədələyirdi. Bütün bu haqsızlıqların eynisini hal-hazırda həmin idarədə işləyən Salayev Teymur adlı şəxsə qarşıda edirlər, o insan hələki öhtəsindən gəlir, bütün vicdanlı insanlar şahiddir onlar Teymur adlı işçiyə qarşı nələr edirlər. Mən sadəcə haqlı olduğumu sübut üçün bunu deyirəm, əgər Teymur adlı işçiylə əlaqə saxlanılarsa oda bunu yəgin etiraf edər. Teymur adlı işçinin müdir qalmaq şansı var idi deyə, onlar ona qarşı böhtan atıb və təzyiq göstərirdilər. Mənə deyirlər biz saat 16:00-da işdən çıxırıq səndə o zaman çıx, camaat necə səndə elə, mən saat 18:00-da, yəni iş vaxtı bitəndə çıxdığım üçün mənə qarşı təhqiramiz ifadələr işlədirlər. Bir çox maneələr törədirlər. Mənə deyirlər qalstuk taxma, səliqəli geyinmə. İş tapşırırlar görürəm, sənəd düzəldib baş idarəyə Bakıya yollayırlar, o işi görən mən, qəsdən başqa adamın adını yazırlar sənəddə, dəfələrlə bu hal olubdur, bir dəfə etiraz edib düzəltdirmişəm. Hazırda işsiz olduğuma görə, banka olan kreditimi də ödəyə bilmirəm. Başıma gələnlərdən ötrü həm maddi, həm də mənəvi olaraq çöküntü yaşayıram.
Sizdən xahişim odur ki, bu məsələnin işıqlandırılmasında və araşdırılmasında mənə kömək olasınız."

P.S: Vətəndaşın müraciəti ilə bağlı yazıda adı çəkilən Lənkəran Dövlət Maşın Sınaq Stansiyasının müdiri Elşad Mahmudov ilə telefon əlaqəsi saxladıq və haqqında deyilənlərə münasibət bildirməsini istədik. Elşad Mahmudov and-aman elədi ki, "Mənə şər atır. Elə şey yoxdur. Onu mən çıxarmamışam. Öz ərizəsi ilə çıxıb. Hələ, mən bir neçə dəfə dedim çıxma, o çıxdı. İndi mən də işdən çıxmışam. Ərizəmi yazdım, çıxdım.
Mircəlal işdən çıxandan sonra çox qəzetlərə, saytlara məndən şikayət etmişdi. Hamısına açıqlama vermişəm. Votsapda göndərim baxın. İndi yoxlama var birazdan göndərəcəm."

Aradan, bir gün keçdikdən sonra Elşad Mahmudov votsap vasitəsilə bir neçə şəkillər göndərdi. Bunlar, şikayətçi tərəfin şəxsi Facebook və Instagram hesabında Elşad Mahmudov barəsində paylaşdığı statuslar, arayış, Elşadın özünün xasiyyətnaməsi, tərcümeyi-halı və sair bu kimi məsələyə aidiyyatı olmayan "sübutları" idi.

Biz Elşad Mahmudov ilə yenidən əlaqə saxladıq, göndərdiklərinin heç birinin məsələyə aid açıqlama olmadığını bildirdik. Bundan sonra Elşad Mahmudov bizə dedi ki, "Yox əvvəllər də mənə çox jurnalistlər zəng edib. Demişəm yalan məlumatdır. Onlar da görüb yalandır, yayımlamayıb. Siz də yayımlamayın. O mənə şər atdığına görə bir neçə nəfərin imzası ilə onu hüquq -mühafizə orqanlarına şikayət də etmişdik. Sonra bağışladıq".

Qeyd edək ki, şikayətçi tərəf Mehdiyev Mircəlal redaksiyamıza bildirib ki, Elşad Mahmudov onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Məhkəmə prosesi mart ayının 28-nə təyin edilib.

Biz vətəndaşın müraciətini də, qarşı tərəfin buna münasibətini də olduğu kimi dərc etdik. Məsələyə aydınlıq gətirmək üçün isə aidiyyatı qurumların lazımi addımlar atacağına ümid edirik.

DogruXeber.az

Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər