Gündəm
Gündəm / Hadisə
Arvadını öldürdü, qonşusunu yaraladı
Yevlax sakini həyat yoldaşını və qonşusunu güllələyib.
MUMtv.az xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.
Məlumata görə, hadisə rayonun Hacışelli kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Mehdi Atakişi oğlu Qarayev həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Qafar qızı Qarayevanı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.
Mehdi Qarayev daha sonra qonşusu, 1959-cu il təvəllüdlü İldırım Zirəddin oğlu Qarayevə də atəş açaraq onu yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən M.Qarayev saxlanılıb.
Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.