Gündəm
Gündəm / Hadisə
Bu idarədə əməliyyat keçirildi - Saxlanılanlar var
Hüquq-mühafizə orqanları tərəfindən Abşeron rayonunda əməliyyat keçirilib.
"MUMtv.az" Musavat.com-a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.
Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanılıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.
Əlavə məlumat veriləcək.