Gündəm

MUMtv.az: -  Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlərin davamı kimi, dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar araşdırılaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) vəzifəli şəxslər tərəfindən yol verilən qanun pozuntularına dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa daxil olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla Nizami rayon 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İsmayıl Mansurovun öz qulluq mövqeyindən istifadə edərək səlahiyyəti olmadığı halda vətəndaşın evində əlavə tikilinin inşası ilə bağlı sənədləşməsini rəsmiləşdirmək vədi ilə onu aldadaraq 10 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.//Gundemxeber.Az

Son xəbərlər

Vüqar Səfərli hər şeyini geri istəyir

Prezidentdən deputatla bağlı SƏRƏNCAM

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Murad Dadaşov həyat yoldaşı ilə - FOTO

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

Bazar gününə olan hava proqnozu

Siqaretlə bağlı cərimələr kəskin artırılır

Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 7000 manat cərimə tətbiq olunacaq

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Prezident ailəsi film təqdimatında

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı - GORANBOYDA ŞOK !!!

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Ötən gün 32 cinayətin üstü açılıb

Azərbaycan nefti bahalaşdı

Ölkəsini tərk edən aktyor qızı üçün beş vətəndaşlıq almağı planlaşdırır

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

"Telegram" kütləvi nasazlığın səbəbini açıqladı

İkinci Gəncə terrorundan dörd il ötür

Makron Paşinyanla sülh sazişini müzakirə etdi

Azərbaycanda bu şəxslər 7 min manat cərimə ediləcək

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Argentina Folklend adalarını geri qaytarmaq istəyir

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

Qərbdən Ermənistanla bağlı Rusiyaya CAVAB

Səriyyə Qənbərova işdən çıxarıldı

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

Bütün xəbərlər