Gündəm
Gündəm / Sosial
Qubada aqrotexniki qaydada narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
MUMtv.az: - Quba Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon 1-ci Nügədi kənd sakini Fariz Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun DİA.AZ-a bildirdiyinə görə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin evinə baxış zamanı narkotik vasitə hesab olunan qurudulmuş marixuana və əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülmüşdür.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayevin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq olunmuş 42 ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür.
Faktla bağlı istintaq aparılır.