Gündəm

Gömrük Akademiyasında təlim keçirildi- FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasında müştəri məmnuniyyətinin təmin edilməsi sahəsində keyfiyyətin artırılması üçün işlər davam etdirilir. Bu istiqamətdəki fəaliyyətlərin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə Akademiyada ISO 10002 standartı üzrə “Müştəri məmnuniyyəti idarəetmə sistemi” təlimi təşkil edilib. 

"MUMtv.az" xəbər verir  ki, Dövlət Gömrük Komitəsinin Akademiyası və Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq çərçivəsində təşkil edilən təlim TSE-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu tərəfindən keçirilib. 
Təlimdən öncə keçirilən açılış mərasimində çıxış edən Akademiyanın rəisi Qulu Novruzov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəalliyətində ISO standartlarının tətbiqinin müsbət təsirindən söz açaraq Akademiyanın bu istiqamətdə əldə etdiyi nailiyyətləri xüsusilə qeyd edib. Təhsil sektorunda müştəri məmnuniyyətinin təmin edilməsinin əhəmiyyətindən bəhs edən Q.Novruzov qeyd edilən təlimin xidmət səviyyəsinin artırılmasında, həmçinin müştəri məmnuniyyəti üzrə effektiv idaretmə sisteminin qurulmasında aparıcı rol oynacağını əminliklə ifadə etmiş və təlim iştirakçılarına uğurlar arzulayıb.  
Akademiya əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə TSE-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu müştəri məmnuniyyətini artırmaq və müştəri şikayətlərinin qiymətləndirilməsində effektiv sistemin qurulması və saxlanılması üçün tələb olunan metod və standartlar haqqında ətraflı bəhs edib. O, TS ISO 10002 standartının prinsipləri, müştəri narazılığını yaradan səbəblərin qarşısının alınması metodu və tətbiqi, eləcə də digər məsələlər bərəsində təlim iştirakçılarına geniş məlumat verib.. 
Təlim interaktiv formada davam etdirilmiş, maraq doğuran suallar ətrafında fikir mübadiləsi aparılıb. 

  • Gömrük Akademiyasında təlim keçirildi- FOTO
  • Gömrük Akademiyasında təlim keçirildi- FOTO

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər