Gündəm

DGK-da “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiya tamamlanıb- FOTOLAR

MUMtv.az: -  CƏMİYYƏTBu gün Dövlət Gömrük Komitəsi və İcbari Sığorta Bürosu arasında “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiyanın tamamlanması münasibətilə təqdimat və mətbuat konfransı keçirilib.
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) elektron informasiya sistemi ilə Dövlət Gömrük Komitəsinin (DGK) elektron informasiya sistemi arasında “Yaşıl Kart” müqavilələrinin qüvvədə olub-olmamasının müəyyən edilməsi ilə bağlı məlumat mübadiləsi başa çatdırılıb. İnteqrasiya nəticəsində saxta “Yaşıl Kart”ların yayılması və istifadəsinin qarşısı alınacaq.
İSB-nin elektron informasiya sistemi ilə DGK-nın informasiya sistemi arasındakı məlumat mübadiləsi ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin ölkəni tərk etməmişdən öncə gömrük məntəqələrində “Yaşıl Kart”ın etibarlılığının elektron formatda müəyyən edilməsinə və proseslərin sürətləndirilməsinə xidmət edir.
Belə ki, yaxın keçmişdə dünyanın müxtəlif ölkələrində Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş sığorta hadisələri nəticəsində zərərin ödənişi ilə əlaqədar İSB-yə müraciət edilərkən sığorta şəhadətnamələrinin saxtalaşdırılması halları təsbit edilib və bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlanıb. İnteqrasiyanın tamamlanması bu kimi xoşagəlməz halların qarşısını almaqda mühim rol oynayacaq.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində bütün sahələrdə olduğu kimi, dövlət və özəl sektorla məlumat mübadiləsi sahəsində də mühüm işlər görülüb. Artıq bir sıra dövlət qurumları ilə sistemlərin qarşılıqlı olaraq inteqrasiya edilməsi sənədlərin və digər zəruri məlumatların onlayn qaydada mübadiləsinə imkan yaradıb.
İsmayıl Hüseynov vurğulayıb ki, İcbari Sığorta bürosu ilə də elektron sistemlərin inteqrasiya edilməsi sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük məntəqələrində “Yaşıl Kart”ın etibarlılığının elektron formatda müəyyən edilməsinə şərait yaradıb. Bu da gələcəkdə baş verəcək sığorta hadisələri zamanı proseslərin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov isə bildirib ki, İSB zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, eləcə də icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək funksiyasını daşıyır. İcbari Sığorta Bürosu ölkəmizdə “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşmış təşkilat kimi də fəaliyyət göstərir. Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir və qanunvericiliyin tələbinə uyğun olaraq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir.
Qeyd edilib ki, iki qurum arasında aparılan inteqrasiya işləri saxta “Yaşıl Kart” müqavilələrinin satılması ilə bağlı yaşanan problemin həllinə öz töhfəsini verəcək. Son zamanlar İSB-yə “Yaşıl Kart”la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” büroları tərəfindən bir çox  məlumatlar daxil olur. Öz növbəsində İcbari Sığorta Bürosu vətəndaşların diqqətinə çatdırır ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycanın “Yaşıl Kart”ını yalnız “Yaşıl Kart” sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir. Bu şirkətlərin siyahısı İSB-nin rəsmi internet səhifəsində mövcuddur və qanunun tələbinə əsasən mütəmadi olaraq rəsmi mətbuat orqanlarında dərc edilir.
Rəşad Əhmədov onu da bildirib ki, Azərbaycan və Türkiyənin “Yaşıl Kart” sığorta sistemlərinin inteqrasiya edilməsi ilə bağlı işlərə başlanılıb. Proses tamamlandıqdan sonra Azərbaycana məxsus avtomobil Türkiyə Respublikasının gömrük məntəqələrinə daxil olduqda “Yaşıl Kart”ın etibarlılığı elektron qaydada müəyyən ediləcək. Türkiyə Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi də Azərbaycana daxil olarkən elektron sistem vasitəsi ilə sığorta təminatı barədə məlumat əldə ediləcək. Bu da öz növbəsində xaricdən ölkəmizə saxta “Yaşıl Kart” sığorta şəhadətnaməsi ilə daxilolmaların qarşısını alacaq.
Tədbir  çərçivəsində “Yaşıl Kart” sistemi ilə bağlı xüsusi təqdimat nümyiş etdirilib və sonda jurnalistlərin sualları cavablandırılıb.

 

  • DGK-da “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiya tamamlanıb- FOTOLAR
  • DGK-da “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiya tamamlanıb- FOTOLAR
  • DGK-da “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiya tamamlanıb- FOTOLAR
  • DGK-da “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiya tamamlanıb- FOTOLAR

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər