Gündəm

Milli cins atların cıdır yarışlarına start verilir

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) rəhbərliyi arasında görüş keçirilib.

"MUMtv.az" xəbər verir ki, görüşdə yerli genofondun ən qiymətli nümunələri olan Qarabağ və Dilbaz at cinslərinin, eləcə də ölkədə yetişdirilən cins idman və digər təyinatlı atların qorunub saxlanılması, damazlıq atçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, damazlıq şəbəkəsinin genişləndirilməsi, yetişdirmə, bəsləmə, məşq və sınaq işlərinin səviyyəsinin daha da yüksəldilməsi, atçılıqda keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bütövlükdə bu sahənin inkişafı istiqamətində müzakirələr aparılıb. 

Bildirilib ki, son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib.
Görüşdə Qarabağ atlarının əvvəlki şan-şöhrətinin özünə qaytarılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Görüş zamanı Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə milli cins atların cıdır-sınaq yarışlarının təşkili barədə razılıq əldə olunub. İlk olaraq cıdır yarışlarına Bakı Dövlət Cıdır Meydanında start verilməsi barədə qərar qəbul olunub. Burada cıdır zolağının beynəlxalq yarış standartlarına cavab verməsi üçün işlərə başlanılıb. Artıq cıdır meydanlarının (ippodromlar) təşkili işinə yerli və xarici mütəxəssislər cəlb olunub. 
Bununla yanaşı, yaradılacaq digər İşçi Qrup atların DNT təhlillərinin daha təkmilləşdirilmiş şəkildə davam etdirilməsi işi ilə məşğul olacaq, atların identifikasiya (mikrociplənmə, pasportlaşma və s.) prosesinə dəstək göstərəcək. Bu prosesin yekunu olaraq atlara dünya standartına cavab verən pasportlar veriləcək. Həmin pasportlarla xaricə satılan atların daşınması da mümkün olacaq. Atların identifikasiyası prosesinin yekunu olaraq Damazlıq Kitabının bərpa olunması və davamlı təkmilləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ən qısa zamanda milli cins atların cıdır yarışlarına start verilməsi üçün bütün zəruri addımlar atılacaq. 

Son xəbərlər

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Bütün xəbərlər