Gündəm
Gündəm / Hadisə
Bakıda 4 min dollar dəyərində yəhər oğurlayanlar SAXLANILDI
Mumtv.az: - Bakıda atçılıq mərkəzində oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Binə Atçılıq" MMC-yə məxsus yardımçı təsərrüfatdan 4 min ABŞ dolları dəyərində iki ədəd yəhər oğurlanıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Musayev və K.Ələkbərov müəyyən edilərək saxlanılıb.//Sonxeber.az