Gündəm

Keyfiyyətsiz dərmanlar Azərbaycana hansı yolla və necə gətirilir? - Diqqət, TƏHLÜKƏ!!!

MUMtv.az: - Son dövrdə cəmiyyətin müzakirəsində aktuallaşan mövzulardan biri ölkəyə idxal olunan keyfiyyətsiz dərmanlarla bağlıdır. Məsələyə dair çoxsaylı analitik materiallar, mütəxəssislərin rəyləri və siyasi müstəvidə müzakirələrin olmasını nəzərə alaraq, göstərilən problemin əhalinin sağlamlığının qorunması və bütövlüklə ölkənin dərman təhlükəsizliyi baxımdan nə dərəcədə ciddi olmasını araşdırdıq.

İlk növbədə qeyd edək ki, dərmanın keyfiyyəti anlayışına dərman vasitəsinin effektivliyi, yəni onun müalicə prosesinə pozitiv təsiri və təhlükəsizliyi, yəni yan təsirlərinin insan orqanizmi üçün zərərli olmaması aspektləri daxildir. Ölkəmizdə dərman vasitələrinin qeyd olunan hər iki parametrlərin müvafiq beynəlxalq standartlara uyğun olması faktının yoxlanılması vəzifəsi isə Səhiyyə nazirliyinin Analitik Ekspertiza Mərkəzinin öhdəliklərinə aiddir.

Apardığımız araşdırma nəticəsində məlum olub ki, ölkəyə dərman vasitələrinin idxal prosesi aşağıdakı mərhələləri əhatə edir:

-İstehsalçı şirkət tərəfindən Azərbaycan bazarına idxal etmək niyyətində olduğu dərman vasitəsinin keyfiyyətinə dair tədqiqat sənədləri Analitik Ekspertiza Mərkəzinə təqdim edilir;

- Ölkə qanunvericiliyinə uyğun ekspertiza mərhələlərindən keçdikdən sonra müvafiq ekspertiza rəyi əsasında həmin dərman vasitəsi Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınır;

- Dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi ilə istehsalçıya yerli distributor vasitəsilə Azərbaycana 5 illik müddətinə dərmanın idxalına icazə verilir - son mərhələdə isə dövlət qeydiyyatına alınmış dərman vasitəsi üçün Tarif Şurası tərəfindən satış qiyməti müəyyən edilir.

Yuxarıda qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara riayət olunduğu halda bazarda keyfiyyətsiz dərman vasitələrinin olması səbəbləri xüsusi aktuallıq doğurur. Keçən ilin dekabrın sonunda ARB TV kanalındakı “Pulumuzu və canımızı alan keyfiyyətsiz dərmanlar” adlı video süjetində həkim pediatr Günay Rəsulova uşaqların müalicəsi zamanı effekti bəlli olmayan dərman vasitələrinin istifadə olunması məcburiyyətində olduğunu deyir. Bu cür vəziyyət, həkimin sözlərinə görə bir çox hallarda müalicənin effektiv olmadığını göstərir. Bu isə öz növbəsində uşaqların vəziyyətini risk altına salır. Materialda gedən məlumata əsasən keçən il ərzində Azərbaycana 1 mlrd. dollar dəyərində dərmanlar idxal olunub ki, həmin dərmanların 30%-ni keyfiyyətsiz dərmanlar təşkil edib. Deputat Əli Məsimlinin hələ 2019-cu ildəki çıxışında isə ölkəyə idxal olunan dərmanların 50%-nin keyfiyyətsiz olduğu qeyd olunmuşdu.

Problemin kökü dərindir

Belə vəziyyət həqiqət olduğu halda şübhəsiz ki, ölkədə nəinki əczaçılıq sahəsinin tənzimlənməsi, ümumiyyətlə, effektiv səhiyyə sisteminin qurulmasından söhbət gedə bilməz. 1 mlrd. dollarlıq dərman bazarı ciddi kommersiya maraqları, eləcə də qeyri-sağlam rəqabət və yüksək korrupsiya risklərini artırır. Bu baxımdan əczaçılıq şirkətlərin Analitik Ekspertiza Mərkəzi ilə korrupsiya əlaqələrinin qurulması bununla da ölkəyə istədikləri dərman vasitələrinin idxalı üçün icazələrin alınması istisna olunmur.

Pia.az resursunun “Ölkə bazarını effektivliyi sübut olunmayan dərmanlar üçün kim açıb?” materialı bu risklərin real olmasına işarə edir. Araşdırmada qeyd olunur ki, dərmanlar 2 hissəyə bölünür – orijinal, yəni ilk icad olunan və onun generikləri, yəni orijinal dərmanla eyni təsirə malik olan analoji preparatlar. Generiklərin idxalına icazənin yalnız onların orijinal preparatlarla bioloji ekvivalentliyi sübut olunduqda verilə biləcəyi bildirilir. Analitik Ekspertiza Mərkəzi bu qaydaya riayət edib-etməməsi məsələsinə isə pia.az saytı Time.tv-yə istinadən şübhə ilə yanaşır: “AEM bir çox hallarda bioloji ekvivalentliyinə dair ekspert rəyi olmadan generik preparatlarını dövlət qeydiyyatına alır. Deməli, ölkəyə ucuz və effektivliyi sübut olunmayan dərmanların idxalına yol açılır. Bu dərmanlar isə orijinal preparatlar və keyfiyyətli generikləri bazardan sıxışdırır. Ölkənin dərman bazarındakı mövcud vəziyyəti yalnız bu məntiqin prizmasından izah etmək mümkündür”.

Səhiyyə Nazirliyinin hərəkətsizliyi problemi daha da dərinləşdirir

Səhiyyə sistemindəki digər problemlərin həlli istiqamətində görünən tədbirlərin olmadığı kimi bu problemlə əlaqədar də Səhiyyə Nazirliyinin hərəkətsizliyi göz qabağındadır. Lakin hətta nazirliyin hərəkətə gəldiyi halda problemin yaxın gələcəkdə həlli mümkün görünmür. Bunun səbəbi çox sadədir. Yuxarıda qeyd etdiyimiz kimi dərman vasitələrinin dövlət qeydiyyatının müddəti 5 ildir. Bunu nəzərə alaraq, dərman bazarının təmizlənməsi üçün son 5 ildə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin siyahısı reviziya olunmalı, qanunsuz qeydiyyata alınan dərmanların şəhadətnamələri ləğv edilməlidir. Yeni və daha keyfiyyətli dərman vasitələrinin dövlət qeydiyyatına alınması isə uzun müddət tələb edir. Bu isə dərman bazarında ciddi çaxnaşma yarada bilər. Hər bir halda görünən odur ki, problemə qarşı biganəlik onu daha da dərinləşdirir və bu artıq tək Səhiyyə Nazirliyinin ümidinə qalmamalıdır.
Musavat.com

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər