Gündəm

"Azərbaycanda dərmanların keyfiyyətinə nəzarət edilmir”.

Mumtv bildirir ki, bu barədə tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, ölkəmizə xaricdən gətirilən dərmanların böyük əksəriyyəti standartlara cavab vermir:

"Eyni adlı dərmanlar onu ölkəmizə ixrac edən ölkədə tamamilə başqa keyfiyyətdə olur. Dərman istehsalçıları tərəfindən Azərbaycan aşağı kateqoriyalı ölkə kimi tanınır. Məsələn, Avropaya gedən dərmanlar 9 təmizlənmə dərəcəsindən keçir və yüksək keyfiyyətlə həmin ölkələrə daxil olur. Rusiya və Türkiyə kimi ölkələrə bir qədər aşağı kateqoriyalı dərmanlar daxil olur. Azərbaycanda alıcılıq qabiliyyəti aşağı olduğuna görə, dərmanlar təqribən III-IV kateqoriya ilə daxil olur. Nəticədə xəstələrə müəyyən qədər kömək etmək gücündə olsa da, tam effektiv olmur. Həmin dərmanların yoxlanılması, vətəndaşlara məlumatların verilməsi istiqamətində heç bir addım atılmır”.

Terapevt deyir ki, bəzən dərmanların üzərindəki ştirx-kodla dərmanın özü uyğun gəlmir:

"Apteklər bu cür dərmanlarla doludur. Bu o deməkdir ki, bu cür dərmanların hamısı gömrük xidmətindən keçir. Səhiyyə Nazirliyi tərəfindən onların yoxlanılması aparılmır”.

Rasif Bağırov deyir ki, İran Sosial Müdafiə Təşkilatının dərman istehsalı üzrə şirkətinin Azərbaycanda açılan müəssisəsi rentabelli işləyə bilmir:

"Çünki gömrük sistemi həmin dərmanların satışına imkan vermədi. Yəni elə bir şərait yaradılıb ki, xaricdən dərman gətirmək onları istehsal etməkdən ucuz başa gəlir. Müəssisə yalnız bəzi yüngül dərmanları bazara çıxara bilir”.

Səhiyyə Nazirliyi yanında dərmanların keyfiyyətinə nəzarət edəcək İctimai Şuranın yaradılması məqsədəuyğundurmu?

Həkim terepevt bildirir ki, ictimai təşkilatlar müstəqil şəkildə fəaliyyət göstərsə belə, bir Şuranın yaradılmasına ehtiyac qalmaz:

"QHT gərək müstəqil olsun ki, müstəqil fikir irəli sürə bilsin. Əks təqdirdə hansısa Şuranın yaradılması effektsizdir”.

Xatirə Nəsirova
Cebhe.info

Son xəbərlər

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

Bütün xəbərlər