Gündəm

Hökumət iyun sınağına hazırlaşır:
MUMtv.az: - Bu ilin birinci rübündə Azərbaycana 117 min əcnəbi gəlib. Bu, ötən illə müqayisədə bir neçə dəfə azdır. Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə 4,4 dəfə az xarici gəlib. Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədləri ilə gələnlərdir.

COVID-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə, yeni turizm mövsümünün başlanmasına az vaxt qalmış ölkəyə səfərlə bağlı sərt qaydaların dəyişidirilməsinə ehtiyac olduğu bildirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun AYNA-ya dediyinə görə, ölkəyə gəlişlə bağlı qaydalara yenidən baxılması və qaydaların yumşaldılması məqsədəuyğun olar: "COVID-19 testi verib, neqativ cavabı olan xaricilər, xüsusi siyahıya daxil deyilərsə, yəni onlar Azərbaycanda işləmirlərsə, eyni zamanda diplomatik korpusun əməkdaşı deyillərsə, bu halda Azərbaycan səfər edə bilmirlər. Bu baxımdan qonşu Türkiyə də daxil olmaqla, bir sıra ölkələrin pandemiya dövründəki təcrübəsini nəzərə alsaq, daha məqsədəuyğun olardı ki, neqativ COVID-19 test cavabı ilə xaricilərin Azərbaycana gəlməsinə icazə verilsin”.

Deputat xatırladıb ki, bir sıra Avropa ölkələri pandemiyaya baxmayaraq sərhədlərini turistlər üçün açıb: "Hətta yoluxma sayı yüksək olan ölkələr də neqativ test cavabı olan turistləri içəri buraxır. Avropa İttifaqının üzvü olan ölkələr artıq qarşılıqlı olaraq sərhədlərinin açılması ilə bağlı qərar qəbul etdi. Baxmayaraq ki, hazırda da Avropa İttifaqı ərazisində pandemiya davam edir, yoluxma səviyyəsi kifayət qədər yüksəkdir”.

"Amma Avropa İttifaqı əksər üzv ölkələr daxilində sərbəst hərəkətə və turistlərin gəlməsinə imkan yaradır. Pandemiya səbəbindən iqtisadiyyat ciddi ziyan gördü. Bu baxımdan məqsəd ondan ibarətdir ki, mərhələli şəkildə turizm dirçəldilsin və post-pandemiya dövrünə turzim sektoru inkişaf baxımından tam hazır vəziyyətə gətirilsin”, - deyə Bayramov bildirib.

Onun fikrincə, ölkəmizdə də belə addımların atılmasına ehtiyac var: "Yoluxma sayının stabil olması və vaksinasiyanın sürətli aparılması buna imkan verir. Qeyd edək ki, mövcud qaydalar, əsasən ölkəyə yalnız akreditə olunan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər”.

Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə isə AYNA-ya açıqlamasında deyib ki, indikilik əsas hədəf turizmi dirçəltmək deyil, sağlamlıq və təhlükəsizlikdir: "Bu yöndə əsas vəzifə əhalinin sağlamlığının təhlükəsizliyini təmin etməkdir. Bütün qərarlar bu amildən asılıdır. Sərhədlərin açılması, yay mövsümünün başlanması və s. kimi məsələlər buna bağlıdır”.

Agentlik sözçüsünün sözlərinə görə, Azərbaycan hökuməti üçün ilk tapşırıqlardan biri vətəndaşların koronavirusdan qoruması ilə bağlıdır: "Birinci dərəcəli hesab edilən bu tapşırıq həll edildikdə, müxtəlif fəaliyyət sahələrində, o cümlədən turizm sahəsində inkişafdan danışmaq mümkün olacaq. Bu il Dövlət Turizm Agentliyi fəaliyyətini ilk növbədə daxili turizmin inkişafına yönəldəcək. Bu baxımdan ayrıca marketinq və reklam kampaniyaları aparılacaq və turistlərə uyğun məhsullar təklif ediləcək”.

Quluzadə beynəlxalq turizmin inkişafı üçün plan hazırlandığını da söyləyib: "Lakin hər şey dünyada və Azərbaycanda pandemiya ilə əlaqədar qlobal səviyyədə verilən qərarlardan asılı olacaq. Ölkəmizdə turizmin inkişaf strategiyası qəbul edilib və sərhədlər açılan kimi bu strategiyaya əməl ediləcək. Sərhədlər bütün ölkələrlə açıq deyilsə, Dövlət Turizm Agentliyi müəyyən dövlətlərlə qarşılıqlı razılıq əsasında turizm əlaqələri qurma imkanlarını nəzərdən keçirir. Biz burada vaksinasiyanın yüksək səviyyədə aparıldığı və əhalinin əhəmiyyətli bir hissəsinin vaksinasiyaya cəlb olunduğu ölkələrdən danışırıq”.

"İyun ayında Azərbaycan Avropa Futbol Çempionatı oyunlarına ev sahibliyi edəcək və bu yarış pandemiya dövründə bir çox xarici ölkələrdən Azərbaycana təşrif buyuracaq insanların kütləvi şəkildə turizm məqsədi üçün gəlişləri ilə bağlı ilk hadisə hesab olunacaq. Bu, yeni şəraitdə turist axınlarının necə idarə olunması, əhalinin və qonaqların sağlamlığının təminat səviyyəsini göstərəcək bir sınaq olacaq. Qeyd edim ki, sərhədlər bütün azarkeşlər üçün deyil, yalnız seçmə mərhələdə təmsil olunan ölkələrin azarkeşləri üçün açıq olacaq”, - deyə DTA təmsilçisi vurğulayıb.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər