Gündəm

img

“Zəfər Yolu” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunub. Bu barədə baki-xeber.com-a kitabın müəllifi Vüqar Şahinoğlu məlumat verib. Kitabın giriş hissəsində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun parlaq qələbəsindən və xalqımızın 44 günlük savaş ərzində neçə birlik nümayiş etdirməsindən danışılır, “Zəfər yolu” adlı bu kitap zəfərdən bəhs edir. 30 il torpaq həsrəti ilə yaşayan bütün azərbaycanlılar bu zəfəri, bu sevinci gözləyirdi. Bizim savaş haqq savaşı idi. Ali baş komandanımız, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət, Azərbaycanın müzəffər ordusunun şücaəti, cəsarəti sayəsində torpaqlarımız işğaldan azad olundu, 44 günlük mücadiləmiz qələbə ilə nəticələndi. Qalibiyyətimizin sevinci bu kitabda tərənnüm olunub. 
Qeyd edək ki, kitabın müəllifləri Azərbaycan Yazıçılar birliyinin üzvü, prezident təqaüdçüsü tanınmış yazar İradə Əlili və müstəqil jurnalist Vüqar Şahinoğludur. Burada 15-ə qədər Qarabağdan olan məcburi köçkün olmuş tanınmış media və ictimaiyyət nümayəndələrinin, o cümlədən digər peşə sahiblərinin işğaldan azad edilmiş torpaqlar haqqında fikirləri öyrənilib, müsahibələr hazırlanıb. Kitabın ön sözünü Cəbrayıldan seçilən millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovdur. Kitabın redaktoru Əməkdar jurnalist Elnarə Dərziyeva, məsləhətçiləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının əməkdaşı Azadə Novruzova, Niderland-Belçika koordinasiya şurasının əlaqələndirici üzvü İlkanə Yusifova, tərcüməçi Xəyalə Qurbanova, korrektorlar Səadət Tanrıverdiyeva, Ləman Bağırlı, Dizayneri Leyla Babazadədir. Kitabın, istisna hal baş verməzsə, təqdimat mərasiminin 2022-ci ilin ilk ayında Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilməsi planlaşdırılır. Həmçinin "Zəfər Yolu" kitabının yaxın zamanlarda Türkiyə türkcəsində dərc edilməsi gerçəkləşəcək. Nəşri Türkiyə türkcəsinə çevirən isə Bakı Dövlət Universitetinin müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərovadır. 
Kitab satış üçün nəzərdə tutulmayıb, aidiyyəti üzrə dövlət qurumlarına, Azərbaycanın xarici ölkədəki səfirliklərinə, diaspor təşkilatlarına təqdim ediləcək.
Ülviyyə NAĞIYEVA





Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər