Gündəm

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibə verib

MUMtv.az: - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibə verib

Ermənistan ikinci Qarabağ müharibəsindəki dərsi unutmamalıdır

Tarix boyu erməni təcavüzkarlarının xalqımızın başına gətirdikləri müsibətlərə, törətdikləri soyqırımlara dünya ictimaiyyətinin göz yumması nəticəsində düşmən daha da azğınlaşmış, ərazi iddiaları ilə tarixi torpaqlarımızı işğal altında saxlamışlar. Tarixi mədəni irsimizə ciddi ziyan vurmuş, 1 milyondan çox əhali öz doğma yurd-yuvalarından didərgin salınmışdır.
Lakin dönməz, mətin xalqımız tarix boyu olduğu kimi bu dəfə də öz döyüş əzmini, mübarizlik ruhunu heç zaman itirməyərək düşməndən qisasını almağı bacardı.
Bu döyüş, bu mübarizə Azərbaycan xalqının, Azərbaycan ordusunun nə qədər vətənpərvər, nə qədər qüdrətli olduğun bütün dünyaya sübuta yetirdi. Bir daha məlum oldu ki, 30 illik torpaq həsrəti, nisgili xalqımızı sındırmadı, onun iradəsini qırmadı.
Ordumuzun düşmənə döyüş meydanında vurduğu zərbə tarix boyu ona dərs olmalı, türkün gücünü, türkün yumruğunu unutmamalıdır.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini



Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlar

Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərdi. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi.
30 il davam edən işğala, ağrı-acıya, nəhayət, son qoyuldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə Ali Baş Komandanın prinsipial və qətiyyətli mövqeyi, ordumuzun rəşadəti və şücaəti sayəsində 44 gündə işğal olunmuş ərazilərimiz erməni qəsbkarlarından azad olundu.
Uğurlu əks-həmlə əməliyyatların ilk saatlarından düşmənin xüsusi möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusu Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi.
Ordumuzun Cəbrayıl şəhərini, Hadrut qəsəbəsini düşməndən təmizləməsi ilə bitən hərbi əməliyyatı düşmən silahlı qüvvələrinin məğlubedilməz mifini elə müharibənin ilk günlərində darmadağın etdi.
Qəhrəman Ordumuzun Azərbaycan və dünya hərb tarixinin şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa əməliyyatının uğurla başa çatması müharibənin taleyini faktiki olaraq həll etdi. Zəfər yolu adlanan yolla Şuşanın sıldırım qayalarına çıxan igid oğullar düşmənin son müqavimətini də qırdı.
Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!!!

İxtiyar Xəlilov-Dəkkəoba kənd sakini, ağsaqqal



Azərbaycan ordusunun inamlı qələbəsi

Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı.
Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı.
30 ildir BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri ordumuzun inamlı qələbəsi ilə icra edildi, doğma torpaqlarının həsrətini çəkən, qayıdacaqları günü səbirsizliklə gözləyən insanlarımızın arzuları reallığa çevrildi.
Cəsur Azərbaycan hərbçiləri düşmənin işğal altındakı ərazilərimizdə otuz ilə yaxın müddətdə qurduqları istehkamları, hərbi texnikasını və infrastrukturunu, çoxsaylı canlı qüvvəsini darmadağın edərək torpaqlarımızı qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər əsarətdən xilas etdi. 44 günlük zəfər yürüşündə 300-dən çox şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edildi, Silahlı Qüvvələrimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərində və digər doğma torpaqlarımızda üçrəngli şanlı bayrağımız ucaldıldı.
Ölkə Prezidentinin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də dahilər ocağı, hər daşı bir tarix olan, Qarabağın tacı Şuşanın işğaldan azad olunması xalqımıza hədsiz qələbə sevinci yaşatdı. “Şuşasız bizim işimiz yarımçıq olar”, – deyən Ali Baş Komandan ulu babalarımızın miras qoyduğu qiymətli əmanəti azad etməklə müasir müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi. Həmin gün Fəxri xiyabanı ziyarət edərək sanki Ümummilli Liderimizə bu barədə hesabat verən cənab Prezident Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini Şəhidlər Xiyabanında ehtiramla yad etdi və oradan xalqımıza Şuşanın azad olunması müjdəsini verdi.
Çətin keçilən relyefə malik olan və üç tərəfdən sıldırım qayalıqla əhatə olunan alınmaz qala Şuşa uğrunda Azərbaycan Ordusunun xüsusi şücaətlə həyata keçirdiyi döyüşlər müstəsna olmaqla dünya hərb tarixinə unikal əməliyyat kimi düşəcək, hərb elminə dair dərsliklərə salınacaqdır.
Şuşanın işğaldan qurtarılaraq üçrəngli bayrağımızın sancılması Vətən müharibəsində dönüş nöqtəsi oldu, dövlətimizin başçısı düşməni təslim olmağa məcbur edərək Ermənistanın kapitulyasiya aktı olan birgə bəyanatla qalan digər torpaqlarımızın – Kəlbəcər, Laçın və Ağdam rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına, ərazi bütövlüyümüzün bərpasına nail oldu.
Bununla da dövlət başçısı cənab İlham Əliyev xalqımızın qəlbində Milli qəhrəmana çevrilərək, onun adı tariximizə qızıl hərflərlə həkk olundu. Möhtərəm Prezidentimiz görkəmli dövlət xadimi kimi müdrik siyasəti nəticəsində uzun sürən savaşa son qoyaraq sülhü bərqərar etməklə, bəşəriyyətdə sülh naminə mühüm xidmətlər göstərdi.
Danılmaz həqiqətdir ki, ölkəmizin şanlı Qələbə qazanmasının təməlində Azərbaycan Prezidenti cənab İlham Əliyevin 17 ildə həyata keçirdiyi uzaqgörən, düşünülmüş və müstəqil siyasəti dayanır. Dövlətimizin başçısı bu illər ərzində respublikamızın iqtisadiyyatını gücləndirmiş, ordu quruculuğunu, müdafiə sənayesini inkişaf etdirərək Azərbaycan Ordusunu, Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildiyi kimi, 5-ci nəsil müasir silah və hərbi texnika ilə təchiz olunmaqla dünyanın ən güclü 50 ordusundan birinə çevirmişdir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru



Kimin kim olduğunu göstərmiş 44 günlük müharibə

2020-ci ilin Vətən müharibəsinin nəticələri torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, həm də Azərbaycanın artıq öz milli marağını silah yolu ilə təmin edəcək qədər güclü dövlətə çevrilməsinin təcəssümü oldu. Müasir dünya nizamında öz pozulmuş hüququnu güc və ya digər yolla təkbaşına həll edən dövlət göstərmək ümumiyyətlə mümkün deyil. Amma Azərbaycan bunu etdi: təkbaşına və güc yolu ilə.
Bu qələbənin kökündə dayanan əsas amillər qətiyyətli liderin rəhbərliyi, mükəmməl idarəçilik, güclü dövlətçilik və müstəqil siyasətdir. Məhz bu amillər Azərbaycanın ən ağrılı və yeganə probleminə son qoydu, İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Təsadüfi deyil ki, hələ müharibənin baş verməsinə qədər Azərbaycan ictimaiyyəti əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq. Çünki İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasi kurs ərazilərimizin işğaldan azad ediləcəyi günü sürətlə yaxınlaşdırırdı. Bu siyasət həm də çox məsələləri kompleks şəkildə özündə birləşdirirdi. Həyata keçirilən enerji layihələri, ordu quruculuğu, Ermənistanın işğal siyasətinin ifşası, cəmiyyətin İlham Əliyevin ətrafında sıx həmrəyliyi kimi mühüm məsələlərin hər biri torpaqlarımızın azadlığına aparan böyük siyasətin tərkib hissələri idi. Cəmi 44 günə qazanılan hərbi-siyasi qələbə İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin nə qədər mükəmməl olduğunu göstərdi.
Bu qələbənin memarı olan İlham Əliyev yalnız Ermənistanı diz çökdürmədi, həm də dünya erməniliyinə, erməni təəssübünü çəkən siyasi mərkəzlərə qalib gəldi. İlham Əliyev erməni yalanlarını və iddialarını alt-üst etdi, Qarabağla bağlı yüz ildən çox bir müddətdə dünyada formalaşmış saxta stereotipləri kökündən dəyişdi. Bu Qələbə ilə İlham Əliyev bütün dünyaya həm də sübut etdi ki, Qarabağ Azərbaycandır!
Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu.
Xalqımıza unudulmaz və hədsiz fəxarət hissləri yaşatdığı üçün ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk. İşğaldan azad olunmuş torpaqlarımızın tezliklə dirçələcəyinə, bərpa-quruculuq və abadlıq işləri aparılaraq yenidən orada həyat qaynayacağına əminik.
Qoy Vətənimizdə daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Eşq olsun Ali Baş Komandana! Qarabağ Azərbaycandır!

Adil Rəhimov – Zərdab şəhər sakini, ağsaqqal



Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi

Ötən ilin sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı. Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar isə bizi Qarabağa apardı! 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, xalqın inamı özünə qaytarıldı.
44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun geniş çeşiddə pilotsuz aparatları tətbiq etməsi hələ də dünya mediasının və ekspert çevrələrinin gələcək müharibələrin necə olacağına dair təhlillərində yer almaqdadır. Xatırladaq ki, “Bayraktar” döyüş pilotsuz aparatları Azərbaycan ordusunun da silahanmasında yer alan bu PUA-lar düşmənə sarsıdıcı zərbələr vurub, ermənilərin kabusuna çevrilmişdir. Azərbaycan ordusu müharibənin gedişində bu yeni müharibə metodlarını, o cümlədən hərbi kompüter şəbəkələrindən istifadə etməklə şəbəkə əməliyyatlarını mənimsədiklərini sübut etdilər.
Bir sözlə, müasir dünyada istənilən hərbi əməliyyatın uğurlu olması yalnız texniki təchizatdan deyil, həm də bilavasitə hərbi əməliyyatları müşayiət edən düşünülmüş və savadlı şəkildə qurulmuş informasiya kampaniyasından da asılıdır. Buna görə də, müasir müharibələrin informasiya komponenti texniki tərəflə eyni səviyyədə tutulur və informasiya üstünlüyü müasir müharibələrdə, eləcə də informasiya müharibəsində qələbənin mühüm şərtlərindən biri sayılır. Məhz Vətən müharibəsi dövründə Ali Baş Komandan Prezident cənab İlham Əliyevin həm cəbhədə Silahlı Qüvvələrimizə rəhbərlik etməsi, həm də diplomatiya və informasiya məkanında uğurla mübarizə apardığı hər kəsin gözü qarşısında idi.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru



Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salır.
Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi. Dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi.
Saat 15 radələrində dövlətimizin başçısının sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və Prezident İlham Əliyev aidiyyəti qurumlara verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi.
“Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, – dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını Şanlı Zəfərə kökləyən əsas şüara çevrildi.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru



Çox xoşbəxtik ki, bu tarixi, şərəfli anları yaşadıq, möhtəşəm qələbəyə şahidlik edik

27 sentyabr tarixindən başlayan II Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Azərbaycan ordusunun qəhrəmanlığı, xalqımızın birliyi, nümayiş etdirdiyi həmrəylik bu qələbinin əsasını qoydu. Şəhidlərimizin canı, qanı hesabına Qarabağımız qarış – qarış düşmən əsarətindən xilas edildi. Bu gün artıq o, azaddır!
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun qazandığı qələbə tariximizə qızıl hərflərlə yazıldı. Xalqımızın 30 illik həsrətinə son qoyan bu möhtəşəm tarixi biz əzmlə, səbrlə gözləyirdik. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu daxili və xarici siyasəti uğurla davam etdirən layiqli lider Azərbaycanı günü – gündən inkişafa apararaq güclü bir dövlətə çevirdi. İkili standartlara, beynəlxalq ədalətsizliyə, təzyiqlərə baxmayaraq öz iradəsini və əzmini nümayiş etdirən cənab İlham Əliyev verdiyi sözləri əməlləri ilə təsdiq etdi. Azərbaycanın heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacağını, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyini, son qarış torpağını işğaldan azad edənə qədər vətən müharibəsini davam etdirəcəyini həm döyüş meydanında, həm də danışıqlar masasında bir daha dünyaya sübut etdi.
44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr, eləcə də Qarabağımızın tacı olan Şuşa şəhəri ordumuzun döyüş meydanındakı şücaəti nəticəsində işğaldan azad edildi. Ölkə başçısı cənab İlham Əliyevin siyasi arenada nümayiş etdirdiyi uğurlu diplomatika isə şanlı qələbəmizin son nöqtəsini qoydu. Azərbaycan hər bir platformada öz gücünü göstərdi.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında bəyanat imzalandı. Bu bəyanat Azərbaycan dövlətinin şanlı qələbəsi, Ermənistan üçün isə hərbi kapitulyasiya demək idi. Bütün cəbhələrdə məğlub olan Ermənistan bu sənədin imzalanmasına faktiki olaraq məcbur edildi.
Bu bəyanat 30 ilə yaxındır davam edən işğala son qoyaraq, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən geri qaytarmağa imkan verdi. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə öz əksini tapdı.
Vətən müharibəsinə qədərki dövrdə danışıqlar zamanı Dağlıq Qarabağa ən yüksək statusun verilməsi nəzərdə tutulurdusa da, bu gün hər hansı bir status verilməsindən söhbət gedə bilməz. Sənədə əsasən bütün ərazilər tam olaraq Azərbaycanın nəzarəti altına keçdi və bundan sonra burada Azərbaycanın qanunları işləyəcəkdir. Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız geri dönəcək, Azərbaycan vətəndaşlığı olan hər kəs burada yaşaya biləcəkdir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri



Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.
Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri



Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdı

Prezidentimiz cənab İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün uzun müddət ciddi hazırlıq işləri görülməsini müsahibələrində maraqlı fikirlərlə qeyd edir. Azərbaycanın buna tamamilə haqqı var idi ki, 30 il işğalda saxlanmış torpaqlarının azad edilməsini güc yolu ilə reallaşdırsın. Azərbaycan bu hüququndan istifadə etmək üçün ordusunu müharibəyə hazırlayırdı. Gözlənən müharibə üçün döyüş planı var idi. Sadəcə bu plan mütəmadi olaraq nəzərdən keçirilirdi və yaranmış vəziyyətə, alınan silah və texnikaya görə yenilənirdi. Yəni o plan üzərində daim iş gedirdi, üzərinə düzəlişlər, dəqiqləşdirmələr həyata keçirilirdi.
Dövlət başçımız göstərdi ki, Ali Baş Komandan kimi daim Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün bu məsələ ilə məşğul olub. Azərbaycan Ordusunun apardığı irimiqyaslı təlimlər, hətta təlimlərə 20 min nəfəlik şəxsi heyətin cəlb edilməsi məhz həmin o planda olan senari üzrə qurulurdu. Yəni biz artıq hər an başlayacaq müharibəyə bütün istiqamətlər üzrə hazır idik.
Bilirik ki, hərbi elm, bəlkə də, ən çox hesablama tələb edən elmlərdəndir, burada hər bir hərəkət dəqiq planlanmalıdır, ölçülüb-biçilməlidir və bu işlər bir günün işi deyil. Azərbaycanın Ali Baş Komandanı Azərbaycanı ola biləcək müharibəyə daim hazırlayırdı. Ali Baş Komandan olaraq müharibəni idarə etdiyi zaman onun üçün heç bir istiqamət, heç bir qəbul edilən qərar qəfil, ekspromt qəbul edilən qərar olmayıb. Bütün istiqamətlər, ola biləcək vəziyyət və bu kimi məsələlər əvvəlcədən nəzərdən keçirilirdi. İri miqysalı təlimlərin keçirilməsinin planını Ali Baş Komandan özü imzalayır təsdiqləyir. Təbii ki, müharibədən öncəki zamanlarda bütün iri miqyaslı çoxsaylı təlimlərin planını da Ali Baş Komandan təsdiqləmişdi.

Abbas Nağıyev – Dəli Quşçu kənd sakini, ağsaqqal



44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi

II Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsi Azərbaycan xalqının, Azərbaycan dövlətinin, onun iqtisadiyyatının, daxili və xarici siyasətinin hərbi qüdrətinin və beynəlxalq münasibətdə mövqeyinin vəhdətinin təcəssümü idi. Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmaq fikrində deyildi və nəyin bahasına olursa-olsun torbaqlarımızı mənfur düşməndən azad etmək iddiasından bir addım belə geri çəkilməmişdi.
44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. 27 sentyabr 2020-cı ildə Azərbaycan respublikası düşmənin ardı-arası kəsilməyən təxribatlarının qarşısını almaq üçün son kəskin addımını atdı. Bununla da düşmən heç gözləmədiyi layiqli cavabını aldı. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusunun rəşadəti və uğulu hərbi əməliyyatları nəticəsində Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri düşməndən azad edildi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.

Elvin Xəlilov-Vətən müharibəsi iştirakçısı



Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdı

Azərbaycan Ordusunun gücünü düzgün qiymətləndirmək və lazımi nəticələr çıxarmaq üçün Ermənistanın bir neçə fürsəti olmuşdur. 2016-cı ilin 1-5 aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik. O vaxt işğal altındakı ərazilərin bir hissəsi- Goranboy rayonu istiqamətində Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi, Füzuli rayonu istiqamətində “Lələ təpə” yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edildi və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində aparılan hərbi əməliyyatlar nəticəsində Şərur rayonunun Ağbulaq, Qızılqaya yüksəklikləri və Cünnüt kəndi ordumuzun nəzarəti altına keçdi. Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq.
Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdı.

Rahil Nağıyev – Vətən müharibəsi iştirakçısı
Qanunla.az

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər