Gündəm

“Pul, yoxsa şərəfin qorunması”: Britaniyada düşünürlər ki, Harri anasına xəyanət edir...
Şahzadə Harri mərhum ananın xatirəsini qorumaqdan imtina edib
 
“Tac”(Crown) serialının yeni mövsüm çəkilişlərinə başlanmasından sonra şahzadə Harri “Netflix”in 100 milyon funt-sterlinqlik müqaviləsindən imtina etməyə çağırılır. Problem onun anası şahzadə Diananın orada necə təsvir olunmasıdır: Ledi Dinin yaxın rəfiqəsi artıq onun təsvirini hörmətsizlik adlandırıb. Moderator.az “Gazeta.ru”nun Sasseks hersoqunun anasının şərəfini qorumağa niyə tələsmədiyi və serialda nəyin səhv olduğu barədə hazırladığı məqaləni oxucularına təqdim edir.
 
Sasseks hersoqundaTac” filmində anası şahzadə Diananın mübahisəli obrazı ilə bağlı səssizliyini pozması xahiş edilib. Bu təşəbbüs Harri: Şahzadənin bioqrafiyası” kitabının müəllifi Ancela Levin tərəfindən irəli sürülübO, şahzadəni onun üçün nəyin daha vacib olduğuna qərar verməyə çağırıbkeçən il Meqan Markl ilə birlikdə Netflix” servisi ilə imzaladığınız müqavilə, yoxsa ananın xoş xatirəsi.
 
Harri Netflixin serialı haqqında tamamilə susqundur”, - deyə yazıçı The Sun” nəşrinə bildirib. - Omüqaviləni pozmalı və Diananın müdafiəsinə qalxmalıdırDaha vacibi nədirpulyoxsa ananın şərəfinin qorunması? Onun bu suala cavab tapa bilməməsi təəccüblüdür”.
 
Kral işləri üzrə ekspertlərin fikrincə, Sasseks hersoqları Netflix” ilə 100 milyon funt sterlinqlik müqavilənin şərtlərini əvvəlcədən razılaşdırmalı idilər. Majesty Magazine” jurnalının  redaktoru İnqrid Süard isə uzaqgörənliyin Meqan Markl tərəfindən göstərilməli olduğunu deyir və bildirir ki, müqaviləyə platformanın məhsulları haqqında nə düşündükləri barədə açıq fikir söyləyə bilmək bəndini əlavə etməliydilərXatırladaq kicütlük Netflix” ilə birlikdə sənədli, bədii filmlər və uşaq proqramları istehsal edən prodüsserlik kompaniyasını yaradıblar.
 
Həqiqətən də indiyə qədər şahzadə Harri Tacın süjetini izləməyin onun və ailəsi haqqında mediada yazılanlardan daha xoş olduğunu deyirdi. O, bu fikri Ceyms Kordenin axşam şousunun çəkiliş meydançasında bildirmişdi.
 
Lakin Sasseks hersoqları Diananın “Tac” filmindəki obrazı ilə bağlı səssiz qaldıqca Ledi Dinin dostları narahatlıq keçirirlər.
 

 
Uels şahzadəsi Diana və şahzadə Harri Londonda, 1995-ci il
 
Belə ki, əvvəllər Diananın sirdaşı və indi jurnalist işləyən Cemayma Xan artıq 2020-ci ilin sentyabrından 2021-ci ilin fevralına qədər məsləhətçi kimi çıxış etdiyi serialın titrlərindən adının çıxarılmasını xahiş edib.
 
Məsələ burasındadır ki, Cemayma Xanla birlikdə Ledi Dinin şahzadə Çarlzdan boşanması, şahzadənin ürək cərrahı Həsnat Xan və iş adamı Dodi Əl-Fayedlə münasibəti, eləcə də onun BBC-də Martin Bəşirə qalmaqallı müsahibəsi haqqında epizodlar işlənib hazırlanıb.
 
İndi isə Cemayma Xan rəfiqəsinin tarixçəsinə lazımi rəğbət göstərilmədiyini bildirir. “Senarini birgə yazmaq razılığımızın yerinə yetirilmədiyini və müəyyən bir hekayə xəttinin gözlədiyim hörmət və şəfqətlə izah edilmədiyini anlayanda, adımın titrlərdən silinməyini xahiş etdim və mükafatdan boyun qaçırdım”, - deyə o, bu barədə “Sunday Times” nəşrinə məlumat verib.
 
“Tac” serialının beşinci mövsümü gələn ilin noyabrında ekranlara çıxacaq və Diananın 1997-ci ildə Parisdə avtomobil qəzasında ölümündən əvvəlki həyatının son illərinə həsr olunacaq. Serialda baş rolu 31 yaşlı avstraliyalı aktrisa Elizabet Debiki canlandırıb.
 
Şəbəkədə son mübahisələrə səbəb də məhz o oldu. Bu günlərdə internetdə baş qəhrəmanın məşhur “intiqam paltarı”nda göründüyü çəkilişdən kadrlar yayılıb. Şahzadə Çarlz evlilikləri dövründə xəyanət etdiyini etiraf etdikdən sonra Ledi Di belə bir paltarda 1994-cü ildə Londondakı “Serpentine” qalereyasında keçirilən “Vanity Fair” şam yeməyində görünmüşdü. Krallıq protokoluna zidd olan yunan markası “Christina Stambolian”ın çiyinləri açıq, dərin dekolteli libası bütün dünya mətbuatında ajiotaj yaratmışdı.
 

 
Aktrisa Elizabet Debiki “Tac” serialında şahzadə Diana rolunda
 
Elizabet Debikinin obrazı çoxlarının xoşuna gəlməyib. “Heç vaxt baxmayacağım bir serial. Aktrisa şahzadə Diananın “qisas paltarında” dəhşətli görünür! Buraxın, Diana dinc yatsın”, “Güclü oxşarlıq var, lakin kostyum ustası Debikinin əynindəki paltarı daha yaxşı oturtmalı idi. Onun uyğunluğu Diananın paltarı ilə müqayisədə çox aşağıdır və prinsip etibari ilə əyninə yaxşı oturmur”, - deyə şəbəkə istifadəçiləri “Twitter”-də yazıblar.
 
Ancaq başqaları bu obrazın əvvəllər təqdim olunanlardan daha yaxşı olduğunu qeyd edirlər. Yeri gəlmişkən, “Netflix” şahzadəyə münasibətdə “alçaldıcı” adlandırılan “Diana” müziklinin ekranlara çıxmasından sonra daha cox tənqid atəşinə tutulmağa başlayıb.
 
Mütəxəssislərin fikrincə, kral ailəsinin həyatı ilə bağlı Tac”ın əvvəlki mövsümləri də personajları yanlış təqdim etdiyinə görə tənqid olunub. MəsələnDiana mələkşahzadə Çarlz isə çox qəddar bir ər kimi təsvir olunurBritaniyanın mədəniyyət naziri Oliver Douden hətta serialın müəlliflərini ekranda həyat yoldaşları arasındakı münasibətlərin real tarixi faktlardan deyiluydurmalardan ibarət olduğu barədə tamaşaçıları xəbərdar etməyə çağırıb.
 
Bu arada Britaniya parlamentinin üzvləri Marqaret Tetçerin hekayəsinin təqdimatında qeyri-dəqiqliklər müşahidə ediblər. “Tac”da Britaniyanın baş naziri oğlu Markın yoxa çıxması ilə bağlı Argentina ilə hərbi münaqişəyə başlayır ki, bu da siyasətçilərin fikrincə, “tamamilə cəfəngiyyatdır”. Həmçinin serialda Kamilla Parker-Boulz ilə Uels şahzadəsi arasındakı münasibətdən bəhs edən hekayə çox qalmaqallı şəkildə təqdim olunub.
 
Tərcümə və təqdim etdi: Miraslan

Son xəbərlər

Vüqar Səfərli hər şeyini geri istəyir

Prezidentdən deputatla bağlı SƏRƏNCAM

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Murad Dadaşov həyat yoldaşı ilə - FOTO

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

Bazar gününə olan hava proqnozu

Siqaretlə bağlı cərimələr kəskin artırılır

Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 7000 manat cərimə tətbiq olunacaq

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Prezident ailəsi film təqdimatında

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı - GORANBOYDA ŞOK !!!

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Ötən gün 32 cinayətin üstü açılıb

Azərbaycan nefti bahalaşdı

Ölkəsini tərk edən aktyor qızı üçün beş vətəndaşlıq almağı planlaşdırır

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

"Telegram" kütləvi nasazlığın səbəbini açıqladı

İkinci Gəncə terrorundan dörd il ötür

Makron Paşinyanla sülh sazişini müzakirə etdi

Azərbaycanda bu şəxslər 7 min manat cərimə ediləcək

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Argentina Folklend adalarını geri qaytarmaq istəyir

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

Qərbdən Ermənistanla bağlı Rusiyaya CAVAB

Səriyyə Qənbərova işdən çıxarıldı

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

Bütün xəbərlər