mumtv.az
mumtv.az

BMT-nin məlumatları xakerlər tərəfindən ələ keçirildi

10-09-2021, 16:49

BMT-nin məlumatları xakerlər tərəfindən ələ keçirildi
 
MUMtv.az: - "BMT-nin şəbəkə infrastrukturunun bir hissəsi bu ilin aprelində naməlum şəxslər tərəfindən sındırılıb".

Bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

"Bu ilin aprelində naməlum şəxslərin BMT infrastrukturunun bir hissəsini sındıra bildiklərini təsdiq edə bilərik. Hücumlar "Bloomberg"in məqaləsində qeyd olunan şirkət tərəfindən bizə bildirilməmişdən əvvəl müəyyən edilib. Şəbəkənin sındırılmasının nəticələrinin yumşaldılması üzrə tədbirlər planlaşdırılıb və həyata keçirilib", - deyə S.Cüjarrik bildirib. 

Onun sözlərinə görə, BMT kiber hücum haqqında məlumatı paylaşan şirkətə təşəkkür edib.

Xatırladaq ki, ötən gün "Bloomberg" agentliyi kiber təhlükəsizliklə məşğul olan "Resecurity" şirkətinə istinadən bildirmişdi ki, xakerlər 2021-ci ilin əvvəlində BMT-yə məxsus kompüter şəbəkələrini sındırıblar və təşkilatın agentliklərinə qarşı istfadə edə biləcəkləri məlumatları ələ keçiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA