"Clubhouse” sosial şəbəkəsinin administrasiyası ötən bazar günlərində haker hücumuna məruz qalıb. Bu barədə "Bloomberg” agentliyi, şirkətin nümayəndəsinə istinadən məlumat verir.

Open.az xarici mənbələrə istinadən xəbər verir ki, hücum zamanı rəqəmsal quldur, tətbiqə məxsus "danışıq otaq”larında mövcud audio yazıların bir neçəsini kənar saytlara göndərə bilib.

Şirkət tərəfindən bildirilir ki, gələcəkdə belə halların baş verməməsi üçün lazımi tədbirlər görülüb.

Sözügedən hücuma gəldikdə isə "Bloomberg” ekspertləri, hakerin saytın özünün yaradılmasında istifadə edilən alqoritmə əsaslandığını bildirirlər.