Dünya
Dünya
İranda naməlum PUA qəzaya uğrayıb
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində naməlum pilotsuz uçan aparat (PUA) qəzaya uğrayıb.
DogruXeber.az-ın məlumatına görə, bunu İranın Xuzistan vilayətinin Şuştər rayonunun qubernatoru Hüseyn Pənbədanə deyib.
H.Pənbədanənin sözlərinə görə, rayonun ətrafında qəzaya uğrayan PUA-nın İrana və ya xarici ölkəyə məxsus olması bəlli deyil.
Hazırda PUA rayonun hüquq-mühafizə orqanına aparılıb və orada mütəxəssislər tərəfindən araşdırılır./Trend