mumtv.az
mumtv.az

ÜST: “2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizi vaksinasiya olunmalıdır

28-08-2021, 14:44


MUMtv.az: - Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hədəfi cari il sentyabrın sonuna qədər planetin əhalisinin azı 10%-nin peyvəndlənməsinə nail olmaqdır və bu istiqamətdə irəliləyiş var.
Bunu Cenevrədə keçirdiyi brifinqdə ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
“Dünya əhalisinin vaksinasiya olunması istiqamətində təşkilata üzv olan dövlətlərin birgə çalışması vacibdir. Sentyabr ayının sonuna qədər dünya əhalisinin 10%-i, ilin sonuna qədər 40%-i və gələn ilin ortalarına qədər 70%-nin vaksinasiya olunması qarşıda duran əsas hədəfdir”, – Qebreyesus vurğulayıb.
Pandemiya başlayandan bəri 214 milyon 468 min 601 nəfər koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 4 milyon 470 min 969 nəfər vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA