Dünya

Ermənistanda 35 min nəfər ölüb – Maraqlı rəqəmlər
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Bu ilin ilk 10 ayında Ermənistanda ölü sayı 35 min civarında olub”.

 

Mumtv.az bildirir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Mütəxəssis qeyd edib ki, Ermənistanda bu ilin sonuna qədər bütün səbəblərdən ölənlərin sayı 45 min civarında olacaq:

"BMT-nin ölkələr üzrə əhali statistikasını gündəlik hesablayan proqramı var, həmin sayta görə bu ilin 30 oktyabrına qədər Ermənistanda rəsmən 3 mln. 76 min əhali yaşayır. Bu ilin ilk 10 ayı ərzində təbii artım (doğulanların sayı) 33 min 951 nəfər olub. Ölənlərin sayı isə (COVID və müharibə nəzərə almadan) 22 975 nəfər olub. Ölkədən bu il 1 689 nəfər rəsmi olaraq köçüb, qeyri-rəsmi məlumatlara görə bu rəqəm 10 minə yaxındır. 

COVID-19 səbəbi ilə Ermənistanda bu günə 1 341 nəfər ölüb, öz işğalçı siyasətlərini davam etdirərək bizim Qarabağa göndərdikləri əsgərlərdən ölü sayı rəsmi məlumata görə 1 200, qeyri-rəsmi hesablamalara görə isə 10 min civarındadır. Deməli, bu ilin ilk 10 ayında Ermənistanda ölü sayı (bütün səbəbləri nəzərə almaqla) 35 min civarındadır. 

İşğalçı siyasətlərini davam etdirdiklərini və Covid-19 pandemiyasının pik nöqtəyə yaxınlaşdığını nəzərə alaraq Ermənistanda bu ilin sonuna qədər bütün səbəblərdən ölənlərin sayı 45 min civarında olacaq. Yeni doğulan uşaq sayı isə ilin sonuna 36 min civarında olması gözlənilir. Ölkədən qaçanların sayının il sonuna 15 min civarında olacağını düşünsək, 2020-ci ildə ölkə əhalisinin 24-25 min civarında azalacağı gözlənilir”.

Ekspert hesab edir ki, yaxın illərdə Ermənistanda təbii artım da kəskin azalacaq:

"Çünki öz işğalçı siyasətlərinə görə bizim torpaqlarda məhv edilən əsgərlərin tamamına yaxını 18-40 yaşları arasındadır. Müharibədən, Azərbaycanın qələbəsindən sonra 2021-ci ildə ölkədən qaçan əhali sayında isə ciddi artım olacağı gözlənilir, yəni yaxın illərdə Ermənistanın təbii artımı daha da aşağı düşəcəyi qaçılmazdır, çünki ölkədən köçən əhalinin əksəriyyəti də 18-40 yaşlı vətəndaşlardır.

Beləliklə, Ermənistanın təcavüzkar, işğalçı siyasəti, Azərbaycanın əzəli torpaqlarında apardığı mənasız müharibə nəticəsində ölkənin gələcəyi şübhə altına düşür. Miqrasiyanın artması, doğuşun azalması yaxın 10 ildə Ermənistan əhalisinin, ən azı 500 min azalacağını deməyə əsas verir, bu isə kritik həddin keçilməsidir, çümki əhali sürətlə qocalacaq, doğuş azalacaq, ölkənin iqtisadi yükü artacaq, yəni  işlənlərin sayı azaldıqca təqaüd alanların sayı kəskin artacaq ki, bu da sürdürüləbiləcək durum deyil.

İşğalçı ölkənin rəhbərliyi olmayan papaqlarını qabaqlarına qoyub düşünməlidirlər, bu gün yürütdükləri siyasət həm Ermənistanı məhvə aparır, həm də Cənubi Qafqazın inkişafını əlgəlləyən əsas faktora çevrilib. İşğaldan vaz keçib, tarixi "xəstəlikdən” sağalıb, normal qonşu kimi yaşamağa başlasalar, bəlkə də gələcəklərini xilas edə biləcəklər”.

(Yenisabah.az)

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər