Dünya
Dünya
Ərdoğan Avropa İttifaqı ölkələrinə məktub ünvanladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrə məktub ünvanlayıb.
Mumtv.az bildirir ki, məktubdaTürkiyə-Ai əlaqələri və bu əlaqələrin inkişafında Türkiyənin cəhdlərindən bəhs edilib.
Məktubda bildirlib ki, Türkiyə, Şərqi Aralıq dənizində beynəlxalq dəniz qanunlarına uyğun sərhədləndirilməsinin, bu ərazidəki karbohidrogen yataqlarının ədalətli şəkildə bölüşdürülməsinin, regionda sülh və sabitliyin yaradılmasının tərəfdarıdır, bu məqsədlə də Yunanıstanla qeyd-şərtsiz dialoqa hazırdır.
Qeyd edək ki, məktub Yunanıstan və Şimali Kipr xaric Aİ-yə üzv olan digər ölkə rəhbərliklərinə ünvanlanıb.
(Apa.az)