Dünya

ABŞ-ın Las Veqas, Honolulu, San Dieqo və Monterey şəhərləri 28 may tarixini "Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı Las Veqas, Honolulu və Monterey şəhərlərinin merləri, San Dieqo Şəhər Şurası, eləcə də San Dieqo Vilayətinin Məşvərətçilər Şurası tərəfindən müvafiq bəyannamələr imzalanıb.

Mumtv.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA -ya bildirilib ki, Konsulluğa göndərilmiş bəyannamələrdə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Sənədlərdə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Bəyannamələrdə, həmçinin, ABŞ daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Bayramı kimi qeyd edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilir.

Bəyannamələrin sonunda 28 may tarixi Las Veqas (Nevada ştatının ən böyük şəhəri), Honolulu (Havay ştatının paytaxtı), San Dieqo (Kaliforniya ştatının ikinci ən böyük şəhəri) və Monterey (Kaliforniya ştatı) şəhərlərində "Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.



Son xəbərlər

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO

"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

Bakıda bəzi parklanma yerləri ləğv edilir

Bu fürsətlər taleyinizdə dəyişikliklərə səbəb olacaq - BÜRCLƏR

Aviasiya qəzalarında həlak olan dünya liderləri

İran hökuməti Rəisinin ölümü ilə bağlı təcili bəyanat yaydı: Əmin edirik ki...

Rəisinin ölümü ilə bağlı şok fakt: Qəza yerindən qaçan adamlar görüntüləndi - VİDEO

Azərbaycan XİN İrana başsağlığı verdi

Bu gündən Bakıdakı əsas körpülərdən biri bağlanır

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO

Prezident Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı

İran prezidentinin vəzifəsini bu şəxs icra edəcək

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

Möhsün Mənsuri İbrahim Rəisinin ölümünü təsdiqlədi

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Bütün xəbərlər