Gündəm

“NATO PA-da “Barış pınarı”na qarşı çıxanlara layiqli cavab verdik” – Məlahət İbrahimqızı
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Məlahət İbrahimqızı

NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü 

NATO PA-nın növbəti 65-ci payız sessiyası Birləşmiş Kralığın paytaxtı Londonda keçirildi. NATO PA-də Azərbaycan Parlamentinin nümayəndə heyətimizdən Qüdrət Həsənquliyev və mən, Milli Məclis Aparatının Beynəlxalq şöbəsinin əməkdaşı Mirkamal iştirak edirdi.

NATO PA-nın ümumi qaydalarına görə sessiyanın gündəliyində olan mövzular öncədən təsdiq olunduqdan sonra paylanır. Sözsüz ki, hər zaman olduğu kimi ermənipərəst qüvvələr tərəfindən bu sessiyada da Azərbaycan üçün gözlənilməz suprizlərin ola biləcəyinə hazır idik. Eyni zamanda bu gün dünya mətbuatının gündəmində olan qardaş Türkiyənin tertora qarşı başladığı Barış Pinarı Hərəkatına qarşı qərəzli mövqelərin,anti-türk əhvalının ola biləcəyini düşünürdük. Gözlədiyimiz kimi də oldu…Belə ki, elə iclasın başlamasını bildirən kimi bü günkü iclasda Türkiyənin Suriya ərazisinfə həyata keçirməyə başladığı hərbi əməliyyatın da müzakirə olunmacsğı elan edildi. Ümumiyyətlə Prosedura görə öncə gündəlikdə olan məsələlər. müzakirə olunmalı idi və bu mənada sessiyada qəbul olunacaq Qətnamə layihəsi üçün öncə hesabat müzakirə edildi. Bu sessiyada Komitə iclasında müzakirəyə təqdim edilən elə ilk hesabatda ölkəmizlə bağlı bəzi qərəzli yanaşmalar var idi. Təbii ki, mən bir neçə dəfə söz alaraq çıxış etdim və bu cürə qərəzli yanaşmaların və əsası olmayan "faktların” Qətnamə layihəsinə salınmasının yolverilməz olduğunu bildirdim. Prosedura görə NATO PA-nın qəbul etdiyi sənədlər, eləcə də Qətnamələr öncə müvafiq komitələrdə, sonra isə ümumi plenar iclasda müzakirə olunaraq qəbul edilir. Yəni komitələrdə qəbul edildikdən sonra plenar iclasda qəbul edilir. Mənim çıxışım və təkliflərim komitənin iclasında iştirak edənlər və məruzəçi tərəfindən nəzərə alındı. Qeyd etdiyim kimi, hesabatdakı əsassız "faktlar” Qətnamə layihəsinə salınmadan komitə iclaslnda səsvermə yolu ilə qəbul olundu və təsdiq üçün plenar iclasa tövsiyə olundu. Komitə iclasında bu layihə çox ətraflı müzakirə olunduğu üçün plenar iclasda müzakirə çox uzun olmadı və qəbul olundu. Beləliklə Azərbaycana qarşı növbəti ədalətsiz və ikili standartın qarşısı alındı.

Qeyd etdiyim kimi Türkiyənin Barış Pinarı NATO PA-nin bu ilki payız sessiyasının iclasında gözlənilmədən Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatının müzakirə olunacağı elan edilmişdi. Yəni artıq neçə illərdir ki, NATO üzvü olan Türkiyə qlobal terrora qarşı təkbaşına mücadilə edir. 5 milyona yaxın Orta Doğu-dan gələn qaçqınlara ev sahibliyi edor. Avropanın yükünü azaldıbdır. Əslində NATO-nun nizamnaməsində qeyd edilir ki, üzv ölkənin biri təhlükə ilə üzləşirsə digər üzv ölkələr də ona dəstək verməlidir. Amma çox təəssüf. Tam əksinə bir mənzərənin şahidi oluruq. Əlbəttə belə müzakirələrdə hər zaman Türkiyənin yanındayıq. Təsəvvür edin ki, müzakirələrdə bəzi çıxış edənlər Türkiyə tərəfindən həyata keçirilən əməliyyata hətta işğal əməliyyatı adı verməyə çalışırdılar. Yəni nə qədər ədalətsizlik…NATO-nun qurucu dövlətlərindən olan qardaş Türkiyənin indi öz ölkəsini, ərazi bütövlüyünü, əhalisini, dövlətini müdafiə edir. Üzvü olduğu təşkilat ikili standartlarla münasibət bildirir. Əlbəttə bu müzakirələrdə həm Qüdrət Həsənquliyev, həm də mən çıxış edərək, Qardaş Türkiyənin haqlı olduğunu, onun haqq işini müdafiə etdik. Bilirsiz son illər beynəlxalq təşkilatlar açıq aşkar riyakarlıq edirlər. Bu müzakirədə də çıxış edənlərin bəzilərinin anti-Türkiyə,qara propaqanda motivli çıxışlarına qarşı biz də çıxışımızda etiraz etdik. Türkiyənin həm öz milli qanunvericilikləri və həm də beynəlxaq qanunvericilik çərçivəsində, xüsusilə də BMT və Avropa strukturlarının qəbul etdikləri rəsmi hüquqi sənədlərə görə tam haqlı olduğunu xatırlatdıq. Mən çıxışımda qeyd etdim ki, Azərbaycan da uzun illərdir ki, işğaldan və erməni terrorundan əziyyət çəkir, 30 ilə yaxındır ki, torpaqlarımızın 20%-i işğal olunub, 1 milyondan çox vətəndaşımız qaçqlndır. Bütün beyməlxalq təşkilatlar susqunluq nümayiş etdirir. BMT və Avropa strukturları Ermənistanı işğalçı tanıyan sənədlər qəbul etsə də ölkəmizə olan ikili standartlara görə işğal hələ də davam edir. Çıxışımın sonunda dedim ki, ümid edirik ki, NATO PA növbəti bir iclasında da ermənistanın işğalçılıq siyasətini pisləyəcək müzakirələrin keçiriləcəyinə və bu müzakirələrdə işğalçıya Azərbaycan torpaqlarını tərk edin deyəcəklər.
Bilirsiz , son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyev də beynəlxalq təşkilatların məsuliyyətsizliyini, ikili standartlarla yanaşmasını çox ciddi və qətiyyətlə tənqid edir. Bildiyimiz kimi bu yaxınlarda bununla bağlı Soçidə Valday Klubunun XVI iclasında da bu fikirləri səsləndirdi.
Necə ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir.
BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqan olduğu halda 25 ildən çox müddətdə onun qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi haqqında necə danışa bilərik. Beynəlxalq təşkilatlar bəzən bu qətnamələri bir neçə gün ərzində yerinə yetirirlər ona görə də müəyyən hərbi əməliyyatların həyata keçirilməsinə heç ehtiyac da qalmır. Çox təəssüf ki, Qarabağın işğalı ilə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Hansı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır.


Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər