Cəmiyyət

Erməni məmurlar başını götürüb qaçır - düşmən ölkədə xaos
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Qondarma "Dağlıq Qarabağ Respublikası”nın ("DQR”) məmurları son günlərdə bir-birinin ardınca vəzifələrini qoyub qaçırlar.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları erməniləri başını götürüb qaçmağa məcbur edib. İşğal etdikləri ərazilərin geri qaytarılacağı ilə barışıb kreslosunu tərk edənlərin yerini düşmənlər əvəzləyə bilmirlər. Bir sözlə, heç kim Azərbaycan hərbiçisinin sərrast atəşinə tuş gəlib ölmək istəmir...

Ermənistanın ədliyyə naziri Rustan Badasyan isə açıq şəkildə Qarabağdakı döyüşlərdə iştirakdan imtina edib. Bildirib ki, cəbhəyə getməyi planlaşdırmır.

"Mənim belə bir planım yoxdur”, - deyə nazir jurnalistlərin ön cəbhəyə gedib-getməyəcəyi barədə sualına cavabında deyib.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bu mövzuda danışarkən dedi ki, Dağlıq Qarabağdakı ermənilər, sadəcə, oradakı vəziyyəti, uduzduqlarını görür və canlarını götürüb qaçırlar: "Onlar üçün bu gün canlarını xilas etmək daha vacibdir, nəinki gedib döyüş meydanında ölmək. Artıq çox gözəl anlayırlar ki, Azərbaycan qələbə çalır, ordumuz hər bir canini cəzalandıracaq. Amma Ermənistanda olanların siyasi ambisiyaları var. Paşinyan məmur dəyişiklikləri etməklə, insanları ruhlandırıb onları Dağlıq Qarabağa ölməyə göndərməklə öz hakimiyyətini uzatmaq istəyir. Özünə məqbul olmayan, gələcəkdə ona problem yarada biləcək, şəxsinə asan olmayan suallar ünvanlayacaq adamları hakimiyyətdən uzaqlaşdırır. Onunla rahat dolana biləcək şəxsləri isə vəzifələrə təyin edir. Bu gün Paşinyan Dağlıq Qarabağda uduzduğunu çox gözəl bilir. İndi onun bütün çabaları özünün hakimiyyətini və kreslosunu saxlamaq üçün atdığı addımlardır. İstənilən halda düşünürəm ki, o, özünü xilas edə bilməyəcək. Amma bizim üçün Paşinyanın harada olub-olmaması önəmli deyil. Bizim üçün vacib olan Qarabağın azadlığıdır. Onu da mütləq şəkildə Azərbaycan Ordusu sonadək icra edəcək. Bununla bərabər, erməni cinayətkarların cəzalandırılması üçün Azərbaycan dövləti və hakimiyyəti əlindən gələni edəcək”.

Politoloq Şəbnəm Həsənova Paşinyanın məğlubiyyətinin fərqində olduğunu söylədi: "Hazırda Ermənistanda nəinki orduda, eyni zamanda daxildə, siyasi arenada çaxnaşmaların şahidiyik. Nəzərə alaq ki, orduda 543-cü alayın hərbi dəstələri kütləvi surətdə hərbi postu qoyub qaçırlar, ön cəbhədə əsgərlərin qaçmaması üçün arxada hərbi poqonlular əllərində silah dayanırlar, hərbiçiləri texnikalara zəncirləyirlər, bunlar çox sualların cavabıdır. Baş verənlər siyasi müstəvidə də özünü göstərməkdədir. Paşinyan nəinki orduya, öz iqtidar düşərgəsinə belə başçılıq etmək iqtidarında deyil. Son zamanlar erməni siyasi dairələrindən gələn açıqlamalar da bir-biri ilə uzlaşmır, yəni paralel şəkildə açıqlama vermirlər. Bunlar məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Paşinyanın nəinki orduda uduzması, eyni zamanda diplomatik masada, informasiya cəbhəsində eyni aqibəti yaşaması artıq onu dəstəkləyən insanları öz sıralarından uzaqlaşdırmağa vadar edir. Bir sözlə, Paşinyanın qaçılmaz olan məğlubiyyətinin fərqindədirlər. Bu səbəbdəndir ki, öz vəzifələrindən istefa vermiş, yaxud göndərilmiş insanların yerinə təyin etməyə adam tapılmır. Bu ondan xəbər verir ki, Paşinyan bütün dəstəyini itirib. Hətta öz siyasi dəstəkçiləri belə onu müdafiə etməyə çəkinirlər. Məğlubiyyət qaçılmazdır. Ermənistan daxilində vəziyyət çox acınacaqlıdır. Bütün bunlar Paşinyanı hakimiyyətdən uzaqlaşdırana qədər davam edəcək. Hesab edirəm ki, bu uzaqda deyil. Paşinyan qeyd edir ki, guya Dağlıq Qarabağda daha çox oradan olan insanlar döyüşür. Amma son günlərin faktları onu göstərir ki, Ermənistan ciddi şəkildə Dağlıq Qarabağdakı separatçıları silahlandırır, istər hərbi texnika, istərsə də kadr potensialı baxımından gücləndirir”.
 
 


Son xəbərlər

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO

"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

Bakıda bəzi parklanma yerləri ləğv edilir

Bu fürsətlər taleyinizdə dəyişikliklərə səbəb olacaq - BÜRCLƏR

Aviasiya qəzalarında həlak olan dünya liderləri

İran hökuməti Rəisinin ölümü ilə bağlı təcili bəyanat yaydı: Əmin edirik ki...

Rəisinin ölümü ilə bağlı şok fakt: Qəza yerindən qaçan adamlar görüntüləndi - VİDEO

Azərbaycan XİN İrana başsağlığı verdi

Bu gündən Bakıdakı əsas körpülərdən biri bağlanır

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO

Prezident Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı

İran prezidentinin vəzifəsini bu şəxs icra edəcək

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

Möhsün Mənsuri İbrahim Rəisinin ölümünü təsdiqlədi

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Bütün xəbərlər