Cəmiyyət

Bakının bu rayonlarında subasma problemi həll olundu - Fotolar






 
 
 
 





"Azərsu” Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümünə hazırlıqlar çərçivəsində tədbirləri davam etdirir.

"Qafqazinfo”ya daxil olan məlumata görə, payız və qış aylarında yağıntıların intensivləşəcəyi nəzərə alınaraq tullantı su infrastrukturunun istismar vəziyyəti yoxlanılır, şəbəkə və kollektorların, yağış barmaqlıqları və baxıcı quyuların istismar vəziyyəti öyrənilir. Tədbirlər Planına uyğun olaraq Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında subasma təhlükəsi olan nöqtələr müəyyən edilib.

Qeyd edək ki, yay mövsümündə havaların quraq və küləkli keçməsi ilə əlaqədar ətrafdakı qum, çınqıl, torpaq, eləcə də bərk məişət tullantıları kanalizasiya xətlərinə və yağış barmaqlıqlarına dolur. Xətlərdə bərk tullantıların yığılması şəbəkə və kollektorların ötürmə qabiliyyətini azaltmaqla onların istismarını çətinləşdirir.Sentyabr ayının əvvəllərindən kanalizasiya kollektorları, xətləri və yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənməsi, həmçinin onların yuyulması istiqamətində kompleks tədbirlərin icrasına başlanıb. Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir.

Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə gətirib çıxarır. Bununla da xətlərdəki tutulmaların qarşısı alınır və intensiv yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur.

Tədbirlər Planına uyğun olaraq cari ilin sentyabr ayında paytaxtın 14 nöqtəsində 15 km uzunluğunda 500-1500 mm diametrli  kollektorların yuyulması nəzərdə tutulub. İndiyədək ümumi uzunluğu 10 km olan kollektorlar təmizlənib və bu istiqamətdə işlər davam etdirilir.

Kollektorlarla yanaşı, kiçik diametrli daşıyıcı tullantı su xətləri və yağış barmaqlıqları da  bərk məişət tullantılarından mütəmadi olaraq təmizlənir. Ötən müddətdə 95 km tullantı su, 14 km yağış suları xəttində, 7500 baxış quyusunda, həmçinin  3400-dən çox barmaqlıqda təmizləmə işləri aparılıb.
Bakının bu rayonlarında subasma problemi həll olundu - Fotolar
Bakının bu rayonlarında subasma problemi həll olundu - Fotolar
Bakının bu rayonlarında subasma problemi həll olundu - Fotolar
Bakının bu rayonlarında subasma problemi həll olundu - Fotolar

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər