Gündəm

Eldar Əzizov qışa hazırlıqla bağlı müşavirə keçirdi
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
Bakı Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib. Rayon İcra Hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi Proqram təsdiq edilib.
 
MUMTV.az xəbər verir ki, tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı siyasət nəticəsində Bakı şəhərinin sürətlə inkişaf edərək dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini, şəhər infrastrukrunun inkişaf etdiyini qeyd edərək payız-qış mövsümünə hazırlıq tədbirlərinin də şəhərin inkişaf tempinə uyğun təşkil edilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, paytaxt qurumları qış aylarında üzərlərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidir. Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.
 
Bildirilib ki, güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın - güclü küləyin, leysan yağışın, zəlzələnin və ya digər təbii fəlakətin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir. Müşavirədə şəhər və rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb.
 
 
Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsini nəzərə alaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib./Demokrat.az

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər