Gündəm

Virusun yox olacağı günü gözləməyə dəyməz, yumşalmalara başlanılmalıdır
TƏBİB rəsmisi Yaqut Qarayeva mətbuata açıqlamasında yaxın günlərdə açıq havada maska tələbinin ləğv olunacağı ilə bağlı anons edib. Bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır: "Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsin”.

Onun daha bir açıqlaması isə toyların təşkili ilə bağlıdır. AZTV-yə müsahibəsində pandemiya şəraitində toy və digər mərasimlərin təşkil edilməsi ilə bağlı qaydaların hazırlandığını diqqətə çatdırıb.

Bir müddət öncə isə ümumtəhsil məktəblərində əyani tədrisin bərpası ciddi yumşalmaların olacağını söyləməyə əsas yaradır. Xatırladaq ki, sosial mediada iyun ayının əvvəlindən açıq havada toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı məlumatlar da tirajlanıb.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində karantin qaydaları yumşaldılıb, bəziləri isə tam şəkildə bundan imtina edib. Türkiyədə virusa qarşı vaksinin hər iki dozasını qəbul edən 65 yaşdan yuxarı şəxslər artıq açıq havaya sərbəst şəkildə çıxa bilirlər. Bundan başqa, 18 yaşdan aşağı şəxslər üçün də küçəyə çıxmaq qadağası götürülüb. Britaniya, Çexiya və koronavirusun sürətlə yayıldığı digər Qərb dövlətlərində ciddi yumşalmalar müşahidə edilir. Adıçəkilən Avropa ölkələrində ictimai iaşə müəssisələrinin fəaliyyətinə icazə verilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev AYNA-ya açıqlamasında deyib ki, koronavirusun bitəcəyi zaman bəlli deyil və bu səbəbdən müəyyən yumşalmalara gedilməsi zəruridir: "Faktiki olaraq bir ildən artıqdır ki, ölkəmizdə, eləcə də dünya boyunca koronavirus pandemiyası ilə əlaqədar karantin elan olunub. Müxtəlif zamanlarda müəyyən yumşalmalara gedilsə də, yoluxma sayının artması səbəbindən yenidən karantin qaydaları sərtləşdirilib. Nəzərə alanda ki, koronavirusun bitəcəyi tarix məlum deyil, eyni zamanda əhalinin bəlli bir hissəsi peyvənd olunub və ümumi olaraq yoluxma sayında azalmalar var, müəyyən yumşalmalara gedilməsi labüddür”.

"Bizdə vəziyyət yaxşıdır, lakin digər ölkələrdə bu, belə deyil. Ona görə də insanlar pandemiyanın yaratdığı yeni şərtlərlə yaşamağa öyrəşməlidirlər. Operativ Qərargah yeni şərtlər hazırlayaraq, onların əsasında toy mərasimlərinin keçirilməsinə icazə verə bilər. Toy keçirmək istəyənlərin, bunu tələb edənlərin, həmçinin karantin şərtlərini pozaraq, gizlin şəkildə toy edənlərin sayının artması da siqnaldır. Artıq toylarla bağlı yeni şərtlər hazırlanmalıdır. Bu şərtlər mövcud reallığı əks etdirməli və hər bir detal ayrıca işlənilməlidir. İnanıram ki, elə belə də olacaq”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, karantin qaydalarının yumşaldılması arxayınlıq yaratmamlıdır: "Çünki bu, elə bir bəladır ki, yenidən yoluxma sayının artacağı istisna edilmir. Bu səbəbdən qətiyyən arxayınlaşmaq olmaz. Hər bir vətəndaş məsuliyyət hissini unutmamalıdır. Əgər hökumət uzun müddətdir ki, şüurlu şəkildə vətəndaşların sağlamlığını qorumaq üçün iqtisadi fəallığı azaldırsa, bundan düzgün nəticə çıxarmalıyıq. İmkan verməməliyik ki, ətrafımızda olan yaşlı və xəstə insanlar bu virusun qurbanına çevrilsin. Bu mənada karantin qaydaları yumşaldılsa belə, ehtiyatı əldən verməməliyik”.

"Statistikanın getdikcə müsbətə doğru dəyişməsi bizi sevindirir. Pandemiyanın iqtisadi zərərlərinə gəldikdə isə, əksər sahələr böyük itkilər verdi. Çünki həyat dayanmışdı, fəallıq azalmışdı. İndiki məqamda bizim əsas diqqətimiz postpandemiya dövrünə yönəlməlidir. Düzdür, bunun nə zaman olacağını bilmirik, lakin bütün hallarda hazırlıqlı olmalıyıq” - deyə Quliyev vurğulayıb.

"Buta Clinic”in direktoru, "Azərbaycan-Fransa Məzunları” İctimai Birliyinin sədri Araz Bayramov da AYNA-ya şərhində qeyd edib ki, karantin qaydalarının yumşaldılması zəruridir: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydalarının sərtləşdirilməsi labüd idi. Lakin bu, o demək deyil ki, sonsuza qədər belə davam etməlidir. İnsanlar artıq təkcə koronavirusdan yox, həm də onun gətirdiyi psixoloji problemlərdən də əziyyət çəkirlər. Ölkə turizmi faktiki olaraq fəaliyyətsizdir. İnsanlar açıq havada maska taxmağa məcburdur, nikah bağlayan cütlüklər ailə qura bilmirlər. Bütün bunlar ağır sosial problemlərdir”.

"Gözləmək ki, koronavirus nə zaman bitəcək və məhz bundan sonra bütün sahələrdə yumşalmalara gedək, bu, yolverilməzdir. Kütləvi peyvəndlər vurulur, yoluxma sayında azalmalar var, bu halda mütləq ciddi yumşalmalara gedilməlidir. Yalnız xüsusilə zəruri qaydalar saxlanıla bilər ki, koronavirus yenidən aktivləşməsin”, - deyə mütəxəssis söyləyib.

Onun sözlərinə görə, koronavirus infeksiyasına qalib gəlməyin yeganə yolu insan orqanizmində anticisimlərin yaranmasıdır: "Bunun da iki yolu var. Birincisi, koronavirusa yoluxmaqdır ki, bu da sonra xoşagəlməz hadisələrə gətirib çıxara bilir. Ən təhlükəsiz yol isə vaksinasiyadır. Azaldılmış dozada virusun insan orqanizminə tanıdılması ilə anticisim yaranır ki, bu da orqanizmdə immunitet formalaşdırır”.

Bayramov vətəndaşlara tövsiyyə də verib: "Əhaliyə üzümü tutub demək istəyirəm ki, bu infeksiyadan qorunmaq üçün peyvənd olunsunlar. Əvvəllər vaksin olunanda insanlar arasında fikir ayrılığı olurdu. Amma indi 3 növ vaksin arasında vətəndaş seçim edir. Biz bu templə davam etsək, güman ki, yaxın müddətdə ölkədə koronavirusa qalib gələcəyik”.

Koronavirusun nə zaman bitəcəyindən danışan həmsöhbətimizin fikrincə, bu barədə birmənalı fikir yürütmək çətindir: "Bu gün tətbiq olunan peyvəndlər Hindistan və Afrika ştammına təsir etməyə bilər. Buna görə də diqqətli olmaq lazımdır. Çünki bəzən peyvənd olunanlarda virusa yoluxma və hətta ölümlə nəticələnmə halları müşahidə olunur. ÜST pandemiyanın bitməsinin anonsunu verməyənə qədər karantin və gigiyena qaydalarına riayət etməliyik. Açıq havada maska vurulması isə kökündən yanlış qərar idi”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər