Gündəm


"Azərbaycan Qarabağdan və Ermənistandan ermənilərin Kəlbəcərdəki "David Vəng" kilsəsinə gəlib ayin keçirməsinə icazə verir”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib:

"Rusiya sülhməramlı qüvvələrinin Kəlbəcərdə, Azərbaycanın nəzarətində olan ərazidə postu götürülməlidir. Bu, ermənilərə xidmət edir. Sülhməramlı qüvvələrinin burada post qurması qanunsuzdur. Hazırda erməniləri Rusiya "sülhməramlı qüvvələri" müşayiət etməklə, birtərəfli olaraq öz missiyalarından kənar addımlar atır. Azərbaycan ümiyyətlə, Ermənistan vətəndaşlarına Kəlbəcərdə, Xocavənddə nəzarətimizdə olan Alban kilsələrinin girişinə icazə verməməlidir”.

Politoloq bildirir ki, Ermənistan və Qarabağdakı ermənilər Şuşadakı kilsəyə gəlmək üçün Rusiya sülhməramlı qüvvələrinə müraciət edib:

"Oradakı sülhməramlı komandanlıq Azərbaycan tərəfi ilə bu barədə danışıqlar aparıb. Təbii ki, Azərbaycan Şuşadakı "Qazançı" kilsəsinə ermənilərin girişinə icazə verməyib. Ermənilərin Kəlbəcər, Laçın və Şuşadakı kilsələrə səfərlər təşkil etməkdə məqsədi bu yerlerin "ermənilərə aid olduğunu" və "Azərbaycan tərəfindən qəsb edildiyini" göstərməkdir. Onların əsas planı budur. Onda belə çıxır ki, Şəkidə, Gədəbəydə qədim Alban kilsələrinə ermənilərin səfərlərini "sülhməramlilar" təşkil etməlidir?! Ona görə də bir daha sülhməramli qüvvələrə ermənilərin bu kimi tələbləri ilə Azərbaycana müraciət etməməsi tapşırığı verməlidir.

Azərbaycan qəti bəyan etməlidir ki, Qarabağdakı qədim Alban kilsələrinin ermənilərə aidiyyəti yoxdur və onların gəlişinə icazə verilməyəcək. Kəlbəcər, Laçın və Xocavənddə nəzarətimizdə olan kilsələrə ermənilərin gəlişinə icazə versək, bu, əleyhimizə işləyəcək.

Bu, ermənilərin növbəti avantürasıdır və bunun dini ayinlə heç bir əlaqəsi yoxdur. Rusiya sülhməramlı qüvvələri də ermənilərin bu avantürist siyasətinə ortaqdır. Prezident İlham Əliyevin Xocavənddə Alban kilsəsinin üzərindən qondarma erməni hərflərinin silinməsini tələb etməsi, ermənilərin bu məkrli planına qarşı sarsıdıcı zərbəsidir”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər