Gündəm

  Keçmiş bələdiyyə sədrinin rüşvət qalmaqalı - Müavini gizlinləri açır...






 "Xəbər verdiyimiz kimi bir müddətdir ki, saytımızda Cəlilabad rayon Muğan kənd bələdiyyəsinin keçmiş sədri, hazırda bələdiyyədə mühasib işləyən Rasif Həsənovun korrupsiya faktlarıyla bağlı araşdırma yazıları oxucularımıza və prokurorluq orqanlarına təqdim edirik. Redaksiyamıza müraciət edən Muğan kənd sakini, keçmiş bələdiyyə işçisi Həsən Fətullayev Rasif Həsənovla bağlı bizə ilginc sənədlər təqdim edib. Biz o sənədlər əsasında silsilə yazılarımızı təqdim edəcəyik". Bu barədə Vasif Əlihüseynov DİA.AZ-a göndərdiyi məqaləsində deyir.

Daha sonra məqalə müəllifi yazır: "H.Fətulayev bildirir ki, vaxtilə Rasif Həsənovun ondan rüşvət aldığını deyən Maşlıq kənd sakini Abdullayev Firudin Fətəli oğlu Cəlilabad rayon prokurorluğuna, Rayon İcra Hakimiyyətinin başçısına, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Lənkəran Regional Ədliyyə Şöbəsinə şikayət etmişdi. Şikayətçi F.Abdullayev məktubunda yazırdı:

"Mən 2011-ci ildə aprel ayında həyətyanı torpaq sahəsi almaq üçün Muğan bələdiyyəsinin sədri Həsənov Rasif Xudaşükür oğluna müraciət etdim. O, məndən hər bir həyətyanı torpaq sahəsi üçün 1500 manat pul istədi. Mən isə ona hər bir həyətyanı torpaq sahəsi üçün 1400 manat verdim. 10.05.2011-ci ildə R.Həsənovu işdən çıxardılar. Mən ondan həmin torpağın sənədlərini tələb edəndə dedi ki, sənədlərin hazırdır. Bircə Cəlilabad torpaq komitəsinin möhrü qalıb ki, təsdiq olunsun. 2012-ci ilin fevral ayında sənədləri gətirib mənə verdi. Mən isə qalan 200 manat borcumu ona verə bilmədim. Dedim ki, indi imkanım yoxdur, sonra verərəm. O, yenidən bələdiyyə sədri seçiləndə həmin pulu məndən tələb etdi.

"Ona bildirdim ki, sənin mənə verdiyin sənədlərdə 492 manat ödəniş etdiyim yazılıb”

Ona bildirdim ki, sənin mənə verdiyin sənədlərdə 492 manat ödəniş etdiyim yazılıb. Bunu deyəndən sonra o, məni hədələməyə başladı. Dedi ki, "Adıgözəlov Fikrət də sənin kimi məni aldatdığı üçün onun sənədlərini ləğv etdim. Əgər o pulu verməsən, həmin torpaq sahələri protokola düşmədiyi üçün və mənim vaxtımda verilmədiyi üçün səni də cəzalandıracam”. R.Həsənov qayınatası Şahbazov Əşrəfin islahat vaxtı Rusiya vətəndaşı olan oğluna pay-bəlli torpaq verib. Bundan başqa sizə bildirim ki, bu cür saxta sənədlər 50-dən çox vətəndaşa verilib. Xahiş edirəm bununla bağlı mənə köməklik edəsiniz”.

H.Fətullayev bildirir ki, o, R.Həsənovdan prokurorluq orqanlarına şikayət etdikdən sonra F.Abdullayev də ora çağırılıb. Bu dəfə isə F.Abdullayev R.Həsənovun göstərişi ilə yazdıqlarından imtina edərək, bildirib ki, guya o, R.Həsənovun dayısı Əşrəf Həsənovla aralarında olan mübahisəyə görə R.Həsənovdan şikayətçi olub. Daha sonra məhkəmədə H.Fətullayevin üzünə duraraq deyib ki, sənədləri mənə R.Həsənov yox, sən vermisən, hələ üstəlik məndən 2000 manat da rüşvət almısan.

R.Həsənovun korrupsiya faktları ilə bağlı yazılarımızın davamı olacaq..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dia.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər